"Uşaqlarınızın telefonla nə iş gördüyünə fikir verin"
"Son günlərdə qız uşaqlarını qaçıran, onlarla nişanlanmaq istəyən pedofillərin sayı durmadan artır. Vicdanlı analara səslənirəm: Mütəmadi olaraq övladlarınıza hər mənada nəzarət edin. Çox pis zamanda yaşayırıq. Elə bir dövrdə yaşayırıq ki, heç kimə güvən qalmayıb: Nə qonşuya, nə qohuma... Bu səbəbdən uşaqlarınızı heç kimə əmanət etməyin".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova bildirib. Aktrisa bir neçə gündür gündəmdə olan Tovuzda ailə qurmaq məqsədiylə evdən qaçan 13 yaşlı Əfsanə Tağıyeva ilə bağlı paylaşım edib.
Analara səslənən Xanlarova bunları əlavə edib:
"Uşaqlarınızın telefonda hansı işlərlə məşğul olduğuna, kimlərlə danışdığına fikir verin. Sosial şəbəkələrdən istifadə etməsinə icazə verməyin. Uşaqlarınızın şəkillərini sosial şəbəkələrdə, vatsappda belə paylaşmayın. Çünki heç kimin alnında "uşağa qarşı hissləri olan şərəfsiz, təcavüzcü" sözü yazılmayıb. Heç bir uşağın "özəl həyatı" ola bilməz. Heç kim başqasının uşağına yaxınlaşa, toxuna, öpə bilməz. Yeniyetməlik yaşına çatmayan qız uşaqları ilə sevgili olanlar, nişanlananlar, onları qaçıranlar barədə hüquq sistemi sərt cavablar verməlidir ki, bir çoxlarına dərs olsun və həmin şərəfsizlərin şəkillərini paylaşın".
Qeyd edək ki, Əfsanə adlı 13 yaşlı qızın Xudat şəhər sakini, 40-dan çox yaşı olan Səfər Kavazov adlı kişi ilə qaçdığı deyilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1147 Tarix: 23 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabr