"Rəcəb Tayyib Ərdoğan parlament seçkilərində əzici üstünlüklə qalib gəldi" - ŞƏRH
Türkiyədə 28 may seçkiləri bütünlüklə bölgə üçün mühüm əhəmiyyət daşısa da, 14 may parlament və prezident seçkiləri öncəsindəki kritik situasiya mövcud deyil. İlk olaraq ona görə ki, cənab Rəcəb Tayyib Ərdoğan parlament seçkilərində əzici üstünlüklə qalib gəldi, prezident seçkilərində isə əsas rəqibini 3 milyona yaxın səslə üstələdi. Bu mənada böyük vədlərlə meydana çıxan və daha çox Qərbin iradəsini ifadə edən Millət İttifaqı faktiki olaraq seçkiyə yıpranmış şəkildə, ruh düşkünlüyü ilə daxil olur.
"Sirr deyil ki, Türkiyə prezident respublikası olsa da, parlament ənənələri və hakimiyyət iyerarxiyasında qanunverici orqanın rolu çox güclüdür. Parlament isə artıq milli iradənin - Cümhur İttifaqının, yəni Ərdoğanın nəzarətindədir. Belə olan halda Kılıçdaroğlu hətta seçkilərdə qalib gəlsə belə davamlı və dayanıqlı fəaliyyət mümkün olmayacaq. Amma Millət İttifaqının tək problemi parlamentdə nəzarət imkanlarına malik olmamaları deyil. Məlumdur ki, Millət İttifaqının heyəti - 7-li masanı təşkil edən siyasətçilərin hər biri ayrılıqda siyasi hakimiyyətə iddialıdır və onları yalnız Ərdoğan şəxsiyyəti ilə mübarizə müvəqqəti birləşdirib. Yəni ilk imkanda Millət İttifaqı dağılmağa məhkumdur".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, belə bir situasiyada Kılıçdaroğlu hakimiyyətə gələrsə, məhz müttəfiqlərinin siyasi iddiaları səbəbindən təkbaşına prezidentlik edə bilməyəcək və bu da ciddi hökumət böhranına səbəb olacaq.
"Yəni Kılıçdaroğlunun quracağı hökumət öncədən dağılmağa məhkumdur və əgər 28 may seçkilərində Kılıçdaroğlu və müttəqəfiqləri qalib gələrsə, yaşanacaq siyasi böhran ən qısa müddətdə növbədənkənar seçkiləri zərurətə çevirəcək. Əslində situasiyanı müxalifətdəkilər özləri də anlayır və onlarda ruh düşkünlüyünün də əsasında dayanan amillərdən biri budur. Bu mənada Ərdoğanın parlamentdə böyük gücə sahib olduğu və prezident seçkilərində də əsas favorit olduğu bir şəraitdə digər qüvvələrin neytral qalıb-qalmaması, yaxud Cümhur İttifaqını dəstəkləyib dəstəkləməməsi Türkiyə üçün uzaq perspektivdə nəyisə dəyişməyəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1144 Tarix: 23 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021