Ərdoğan yola kimlərlə davam edəcək?
Türkiyədə prezident seçkisi başa çatdıqdan sonra gündəmdə olan əsas məsələlərdən biri də Rəcəb Tayyib Ərdoğanın yola hansı nazirlərlə davam edəcəyidir.
Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkisinin yekun nəticələrini 1-2 gün ərzində açıqlaması gözlənilir.
MHP sədri Dövlət Bağçalı ən yaşlı üzv olaraq yeni prezident seçilənə qədər 28-ci çağırış parlamentə müvəqqəti sədr kimi rəhbərlik edəcək.
Məclis sədri kimi Ankaradan deputat seçilən Fuat Oktay, Şanlıurfadan deputat seçilən Bekir Bozdağ və İstanbuldan millət vəkili seçilən Numan Kurtulmuşun adları çəkilir.
Deputatlar and içdikdən sonra parlament prezidentin və onun kabinetinin inaqurasiyasına hazırlaşacaq. Seçki təqviminə əsasən, MSK prezident seçkisinin yekun nəticəsini iyunun 1-də açıqlayacaq və nəticəni Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərəcək. Prezident seçkisi qanununa əsasən, 13-cü prezident bu tarixdən etibarən 3 gün ərzində parlamentdə and içəcək.
Ərdoğanın qərarı ilə səhiyyə, mədəniyyət və turizm nazirləri xaric 15 nazir deputat oldu. Ərdoğanın yalnız millət vəkili seçilmiş 3 nazirlə yoluna davam edə biləcəyi bildirilir. Həmin şəxslər milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu olaraq sadalanır.
28-ci çağırış parlamentdə Cümhur İttifaqını 322, Millət İttifaqını isə 212 deputat təmsil edəcək.
Parlamentdə Ədalət və İnkişaf Partiyası, CHP, Yaşıl Sol Partiya, MHP və İYİ Partiya da daxil olmaqla, ümumilikdə 16 partiya təmsil olunacaq./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1220 Tarix: 29 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Politico: "AB böyük itkilərlə nəticələnə biləcək hibrid hücuma hazırlaşır"
Politico-nun Brüsseldən hazırladığı analitik yazıda bildirilir ki, Avropa Birliyinin 27 ölkəsinin diplomatları son həftələrdə çoxsaylı insan itkisinə səbəb ola biləcək böyük hibrid hücum ssenarisinə hazırlıq məsələsini müzakirə edirlər. Politico-ya istinadən xəbər verir ki, söhbət yalnız kiberhücumda
7 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrABŞ-İran müharibəsində gərginlik artır: Hörmüz boğazında tankerə hücum
ABŞ və İran arasında davam edən hərbi qarşıdurmada gərginlik yenidən yüksəlib. Reuters-ə istinadən xəbər verir ki, son hadisələr əsasən Hörmüz boğazında baş verən hücumlar, ABŞ-ın hərbi hazırlığı və Tehranla Vaşinqton arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları ətrafında cərəyan edir. Hörmüz boğazında
7 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrRusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var
Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa
8 oktyabrABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində
6 oktyabrPentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır
"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar
8 oktyabrABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi
ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen
8 oktyabr