"Ərdoğanın qələbəsi ilə qazanan həm də Azərbaycan və Türk dünyası oldu"- Tamam Cəfərova

"Ərdoğanın qələbəsi ilə qazanan həm də Azərbaycan və Türk dünyası oldu"- Tamam Cəfərova"Mayın 28-ində Azərbaycan öz müstəqilliyinin 105 -ci ildönümünü qeyd etdi. 28 may xalqımız üçün daha bir hadisə ilə yadda qaldı. Cənab Tayyib Ərdoğan növbəti 5 il üçün yenidən Türkiyənin Respublikasının prezidenti seçildi. Bu 85 milyonluq Türkiyə xalqının qələbəsi idi və cənab Ərdoğanın dediyi kimi, bütün Türkiyə qazandı".

Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, bu qələbə ilə qazanan həm də Azərbaycan və Türk dünyası oldu:

"Birmənalıdır ki, Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı. Bu qələbə ilə qazanan həm də Azərbaycan və Türk dünyası oldu. Təkcə regionda deyil, bütün dünyada mühüm siyasi və iqtisadi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə də ciddi siyasi hadisədir: Gərgin siyasi rəqabətə və dünyanın bir sıra güc mərkəzlərinin bütün əngəllərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi proqnozlaşdırılan idi. Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Rəcəb Tayyib Ərdoğanın sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqeyə sahib olmuşdur. Şübhəsiz ki, əldə edilmiş bu və digər ciddi uğurlar Türkiyə vətəndaşlarının seçkidə Ərdoğanı dəstəkləməsinə təsir edən əsas amillər oldu".

Tamam Cəfərova vurğulayıb ki, türk xalqı öz lideri ətrafında qlobal niyyətlərin, layihələrin, məqsədlərin reallaşması istiqamətində bir yumruq kimi birləşib çox böyük nəticələrə imza atacaq:

"Bütün bunlardan sonra qənaətə gəlmək olar ki, növbəti beş il ərzində Türkiyə öz inkşafının daha böyük səviyyəsini yaşayacaq, dünyada mövqeləri daha da möhkəmlənəcək, hərbi-sənaye kompleksi və mülki sənayesi daha da inkişaf edəcək, əhalisinin sosial rifahı daha da güclənəcək. Türk xalqı öz lideri ətrafında qlobal niyyətlərin, layihələrin, məqsədlərin reallaşması istiqamətində bir yumruq kimi birləşib çox böyük nəticələrə imza atacaq. Türkiyədə keçirilən Prezident seçkilərini xalqımız da böyük diqqət və maraqla izləyirdi. Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.Xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi "Bir millət iki dövlət" və "Bir yumruq" fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.
İki qardaş ölkə arasındakı bu münasibətlər tarixin bir çox ağır və məsuliyyətli sınaqlarından üzüağ çıxıb. Ərdoğanın liderlik etdiyi Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana böyük siyasi və mənəvi dəstəyi bu gün də xalqımız tərəfindən böyük ehtiramla qarşılanır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğanın yüksək səviyyəli dostluq münasibətləri iki qardaş ölkə arasındakı əlaqələrə böyük töhfələr verir.
Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyevin olması və Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasının parlaq bir nümunəsidir. Hələ seçkinin yekun nəticələri açıqlanmadan dövlətimizin başçısı qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana dəvət edib. Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi artıq bir dövlət ənənəsi halına gəlib. Hesab edirəm ki, Ərdoğanın növbəti dəfə Prezident seçilməsi ilə başlayan "Türkiyə əsri"ndə Azərbaycan-Türkiyə münasibətləri də keyfiyyətcə yeni və daha da məsuliyyətli bir mərhələyə qədəm qoyacaq. Bu dostluq və qardaşlıq əlaqələri əbədi olaraq hər iki ölkənin inkişafına böyük töhfə verəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1416   Tarix: 31 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr