"Cənab İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi" - Kamilə Əliyeva

"Cənab İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi" - Kamilə Əliyeva"Ulu öndər Heydər Əliyev tərəfindən güclü Azərbaycan Ordusunun təməli qoyuldu. Prezident cənab İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi. Azərbaycan xalqının Prezident cənab İlham Əliyevə inamı, öz lideri ətrafında sarsılmaz birliyi və Azərbaycan ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edil­di və ölkəmizin ərazi bütövlüyü bərpa edildi".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.

O qeyd edib ki, o vaxtlar AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün satqınlığa, çirkin əməllərə əl ataraq Şuşanı, Laçını düşmənə təhvil verdilər:

"Mənfur qonşumuz, faşizm ideologiyasının daşıyıcısı olan Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxladı. Bu müddət ərzində şəhər və kəndlərimizi viran qoydular, taladılar. İnsanlarlmızı qətlə yetirməklə yanaşı təbiətimizi də məhv etdilər. Təəssüflər olsun ki, o vaxtlar AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün satqınlığa, çirkin əməllərə əl ataraq Şuşanı, Laçını düşmənə təhvil verdilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra erməni işğalına son qoyuldu. Azərbaycan dövləti böyük inkişaf yoluna qədəm qoydu. Ulu öndər Heydər Əliyev tərəfindən güclü Azərbaycan Ordusunun təməli qoyuldu.
Prezident cənab İlham Əliyev Azərbaycan ordusunu dünyanın ən güclü orduları sırasına yüksəltdi. Azərbaycan xalqının Prezident cənab İlham Əliyevə inamı, öz lideri ətrafında sarsılmaz birliyi və Azərbaycan ordusunun rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edil­di və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Müharibədən dərhal sonra azad edilmiş ərazilərimizdə quruculuq və abadlıq işlərinə başlanıldı".

Deputat əlavə edib ki, Prezident cənab İlham Əliyev nə deyibsə, ona da əməl edib:

"Prezident cənab İlham Əliyev öz doğum günündə, milli bayramlarımızda işğaldan azad edilmiş torpaqlarımıza səfərlər edir, infrastruktur, sosial obyektlərin, yaşayış binalarının, istehsal müəssisələrinin təməlqoyma, açılış mərasimlərində iştirak edir. Səfərləri zamanı ölkə başçımız işğaldan azad edilmiş şəhər və kəndlərimizin sakinləri ilə bir arada olur. Əlamətdar günlərdə öz xalqı ilə bir arada olması, onlarla səmimi söhbət etməsi ölkə başçımızın öz xalqını ürəkdən sevməsini, hər bir vətəndaşımıza diqqət və qayğı ilə yanaşdığının nümunəsidir. Müstəqilliyimizin 105-ci ildönümündə Prezident cənab İlham Əliyev işğaldan azad edilmiş Laçına səfər etdi və sakinlərlə görüşdü. Bu o Laçın idi ki, 28 il işğal zamanı ermənilər bu şəhəri də viran qoymuşdular. Prezident cənab İlham Əliyev Laçını tək regionun deyil, dünyanın ən gözəl bir diyarına çevirmişdir. Görüşdə ölkə başçımız Laçın rayonunun bir qrup sakininə yeni inşa edilmiş evlərin açarlarını təqdim etdi. Bu adi bir görüş deyildi. Azərbaycan dövlətinin necə güclü, qüdrətli bir dövlət olduğunun nümunəsi idi. Görüşdə Prezident cənab İlham Əliyev Ermənistana və Qarabağdakı separatçılara son şans və sonuncu xəbərdarlıq da etdi. Separatçıların ağlı olsa bu şansı dəyərləndirməlidilər və əfv olunmaları üçün ölkə başçımıza müraciət etməlidilər. Əks halda aqibətləri çox ağır olacaq. Separatçılar bilməlidilər ki, Prezident cənab İlham Əliyev nə deyibsə, ona da əməl edib".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1954   Tarix: 21 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr