29 yaşlı oğlanın büdcəyə milyonlarla borcu necə yaranıb?

29 yaşlı oğlanın büdcəyə milyonlarla borcu necə yaranıb?Yasamal Rayon Məhkəməsində vergidən yayınmada təqsirləndirilən Şəki sakini, 1994-cü il təvəllüdlü Rəşid Məmmədovun məhkəməsi keçirilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, orta təhsilli və 5 uşaq atası olan R.Məmmədov Cinayət Məcəlləsinin 213.3-cü (Vergidən yayınma-xüsusilə külli miqdarda) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə bildirilib ki, Rəşid "Senton" MMC, "Titan W" MMC, "Şkala-Temp" MMC, "Bulus Termini" MMC, "Yamaxa-08" MMC, "Etalon MLT 08" MMC, "Titan-V.V" MMC, "Gurur İnşaat" MMC, "Teta-2016" MMC, "Xəzər-2016" MMC və bir çox (14 MMC) şirkətə rəhbərlik edib.

Aparılan vergi yoxlamaları nəticəsində bu şirkətlərin dövlət büdcəsinə ümumilikdə 2 milyon 262 min 470 manat vergi borcunun formalaşması məlum olub və rəsmi sənədlərdə şirkətə rəhbərlik etdiyi məlum olan R.Məmmədova cinayət işi açılıb.

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində R.Məmmədov həmin şirkətləri özünün yaratdığını deyib. Lakin o vergi borcunun məbləği ilə razılaşmayıb:

"Şəki şəhərində 2008-2010-cu illərdə kafedə işləmişəm, 2012-ci ildə hərbi xidmətdə olarkən hərbi hissəni özbaşına tərk etdiyim üçün məhkum olunmuşam. 2013-2014-cü illərdə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişəm. 2016-cı ildə bir neçə müəssisə təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım".

R.Məmmədov bildirib ki, onun adına xeyli sayda müəssisə olduğu üçün öz adına yeni müəssisələr təsis etmək mümkün olmadığından digər müəssisələri müxtəlif vaxtlarda ayrı-ayrı adamlardan satın alıb:

"MMC-lər başqaları tərəfindən təsis olunsa da, bu müəssisələrin fəaliyyətinə faktiki olaraq özüm rəhbərlik etmişəm, müəssisələr adından bütün əməliyyatları, o cümlədən, bank əməliyyatlarını özüm aparmışam. Bu müəssisələrin məndən başqa digər işçiləri olmayıb, müəssisələrin mühasibat işlərini özüm aparmışam, fəaliyyətinə rəhbərlik etdiyim ilk gündən bu müəssisələrin təsis sənədləri, möhürləri, parol və pin kodları məndə olub. Bu müəssisələrin əsas fəaliyyəti müxtəlif malların idxalı, alışı və satışı, müəyyən iş və xidmətlərin görülməsindən ibarət olub".

Məhkəmə R.Məmmədovu qeyd edilən maddə üzrə təqsirli bilib. Ona 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və ya məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay həbs cəzası verilib.

Həmçinin vergi qurumunun mülki iddiası təmin edilərək R.Məmmədovdan ümumilikdə 2 milyon 262 min 470 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə köçürülməsinə qərar verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2559   Tarix: 01 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021