MM-də "Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə" adlı dinləmə keçirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin birgə təşəbbüsü ilə "Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə" adlı dinləmə keçirilib.
Sonxeber.az xəbər verir ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan tədbirdə Respublika Uşaq forumlarının iştirakçıları, fəal məktəblilər iştirak edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir:
"Hətta ən çətin vaxtlarda belə dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Yeni reallıqlar və çağırışlar fonunda uşaq hüquqlarının müdafiəsi sahəsi ildən-ilə təkmilləşir. Hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir".
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, ölkədə uşaq hüquqlarının qorunması üçün bütün şərait yaradılıb:
"Onların sağlamlığının qorunması istiqamətində də vacib addımlar atılır. İcbari tibbi sığortadan uşaqların ödənişsiz yararlanması buna bariz nümunədir. Bu da dövlətin bir qayğısıdır. Fiziki sağlamlığın qorunması istiqamətində də çoxlu işlər görülür. Bir çox rayonlarda idman komplekslərinin açılması təqdirəlayiqdir. Tək Azərbaycanda deyil, dünyanın qabaqcıl müəssisələrində istedadlı gənclərin təhsili üçün yeni xaricdə təhsil proqramı da var".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, dövlət uşaqların iştirakçılığı ilə bağlı məsələyə hər zaman xüsusi önəm verir:
"Bizim qurum uşaq hüquqlarının müdafiəsi istiqamətində bölgələrdə, ucqar kəndlərdə iş aparmağa üstünlük verir. Çünki həmin ərazilərdə olan uşaqların fəallaşması təmin edilməlidir. Görülən işlərin nəticəsində uşaqların gözümüzün qarşısında necə inkişaf etdiklərinə şahidlik edirik. Gələcəyə gedən yolda qazanılan biliklər gənclər üçün düz yolun açılmasına imkan yaradacaq".
Görüşdə uşaq, yeniyetmə və gənclərin iştirakı ilə ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunan uğurlar, dövlət uşaq siyasətinin həyata keçirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi, qarşıda dayanan vəzifələr müzakirə olunub.
Dinləmədən sonra uşaqların Milli Məclisin plenar iclas zalı, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotostend və Vətən müharibəsindən bəhs edən guşəyə baxışı da olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 701 Tarix: 02 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021