"Haqqımda yayılan xəbər yalandır və mənə yönəlmiş iyrənc oyundur" - İqbal Məmmədov
"Bu gün mətbuatda mənim haqqımda yalan xəbər yayıldı. Təəssüf edirəm ki, bu xəbəri yazan mətbuat orqanı mənim mövqeyim olmadan bu yazanı dərc edib".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, haqqında yayılan bu xəbər həqiqəti əks etdirmir:
"Mənim heç bir intim görüntülərim yoxdur. Bu hadisə 2020-ci ilin yanvar ayında olub. Həmin zaman mən rayonda seçki kompaniyası ilə məşğul olurdum. Həmin dövrdə haqqımda əsası olmayan yalan xəbərlər yayır və qarayaxma kampaniyaları aparırdılar. Həmin dövrdə oğlum mənə söylədi ki, ata məni sənin intim görüntülərinlə şantaj edib, pul istəyirlər. Mən də oğluma söylədim ki, sən məni yaxşı tanıyırsan. Mənim elə bir görüntülərim yoxdur. Mənim bu məsələdə alnım təmiz, vicdanım rahatdı. Oğlumu şantaj edən şəxslə bağlı hüquq mühafizə orqanlarına müraciət etdik. Bir neçə ay ərzində həmin şəxs tapıldı. Araşdırmalar zamanı məlum oldu ki, oğlumu şantaj edən şəxs bizim Rəşid adlı köhnə işçimizdir. Qeyd edim ki, həmin şəxs oğurluq etdiyi üçün işdən kənarlaşdırılıb".
Deputat vurğulayıb ki, məhkəmənin qərarı ilə Rəşid adlı bu şəxs cəzalandırıldı:
Xəbərdə qeyd edilir ki, guya məni şantaj edən şəxs qadındır.Bilirsiniz ki, 2010-cu ilə qədər iş adamı olmuşam. 2010-cu ildə deputat seçildikdən sonra özümün təsis etdiyim firmaları qardaşımın adına keçirmişəm. Rəşid adlı bu şəxsdə həmin firmaların birində işləyib və oğurluq etdiyinə görə də işdən kənarlaşdırılıb. Bizdə işləməzdən əvvəl də bu adam rekert saytların birində işləyib və bir dəfə də həbs edilib. Bu gün mənə maraqlı gələn məsələ 3 il sonra bunun gündəmə gətirilməsidir. Məqsəd də bəllidir. Bu mənə qarşı yönəlmiş iyrənc qarayaxma kampaniyasıdır. Hər kəs məni yaxşı tanıyır və mənim utanacağım heç nə yoxdur. Əgər həqiqətən elə görüntülərim olsaydı mən necə hüquq mühafizə orqanlarına müraciət edərdim. Mənim alnım açıq, vicdanım isə rahatdır. Haqqımda yayılan xəbər yalandır və mənə yönəlmiş iyrənc oyundur".
Qeyd edək ki, bu gün bəzi mətbuat orqanlarında deputat İqbal Məmmədovun oğlunun atasının intim görüntülərinə görə şantaj olunması ilə bağlı xəbər getmişdi.
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3734 Tarix: 02 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021