Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prokurorluğuna olan inamını prokurorluq işçiləri daim doğruldacaq

Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prokurorluğuna olan inamını prokurorluq işçiləri daim doğruldacaqAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "...Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram...". Bu dərin mənalı ifadə hər bir prokurorluq işçisini qürurlandırmaqla bərbər, üzərimizə böyük bir məsuliyyət qoymuşdur. Buna görə də prokurorluğun, o cümlədən hərbi prokurorluğun kollektivi Ulu Öndərin onların fəaliyyətini dəyərləndirməklə verdiyi dəyəri və göstərdiyi etimadı layiqincə doğrultmaq, insan hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, qanunun aliliyini təmin etmək, eləcə də cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün bütün gücünü səfərbər edərək daha əzmlə çalışır.

Ulu öndərin Prokurorluq orqanlarının rəhbər işçilərinə mütəmadi olaraq verdiyi müdrik tövsiyə və göstərişlərin əsasında, Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılan, bugün də yeni müstəvidə eyni intensivliklə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi və bunun üçün zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin, milli maraqların, insan hüquq və azdlıqlarının etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə təşkil olunmuşdur.

Tanrının xalqımıza olan inayətidir ki, bu gün Azərbaycana ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi rəhbərlik edir. Danılmaz həqiqətdir ki, özünü xalqın birinci xidmətçisi elan edən dövlət başçısı ömrünü xalqına və vətəninə həsr edir. Buna görə də, ulu öndərin layiqli xələfi tükənməz və əbədi xalq sevgisini qazanmaqla qəlblərdə özünəməxsus yer tutur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində prokurorluğa dövlət büdcəsindən kifayət qədər maddi vəsait ayrılmışdır ki, bu da maddi təminatın, eləcə də işçilərin sosial müdafiəsinin daha da güclənməsini şərtləndirmişdir. Ötən illər ərzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da maddi-texniki bazası gücləndirilmiş, Hərbi Prokurorluğun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Şəmkir, Zaqatala və Gəncə hərbi prokurorluqları ən müasir standartlara uyğun tikilməklə bütün zəruri avadanlıqla təchiz olunmuş inzibati binalarla təmin olunmuş, bir neçə hərbi prokurorluğun inzibati binası əsaslı təmir edilmişdir. Əzəli torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin effektivliyini və operativliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli Sərəncamı ilə Qubadlı, Kəlbəcər hərbi prokurorluqları və Qarabağ hərbi prokurorluğunun əsasında Ağdam hərbi prokurorluğu yaradılmış və hazırda adları çəkilən prokurorluqlar qısa zamanda formalaşdırılmış münbit şəraitdə uğurla fəaliyyət göstərirlər.

Xüsusi vurğulamaq istərdim ki, dövlət səviyyəsində prokurorluğa, o cümlədən hərbi prokurorluğa göstərilən hərtərəfli diqqət və qayğı uğurları şərtləndirmişdir. Bilavasitə fəaliyyətimlə əlaqədar qeyd edim ki, Hərbi Prokurorluqda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılaraq, qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Hərbi Prokurorluq əməkdaşları vətəndaşlara nəzakətlə, müraciətlərinə isə diqqətlə yanaşmış, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilmiş, qəbulların, o cümlədən şəxsən prokurorlar tərəfindən və bilavasitə hərbi hissələrdə qəbulların sayı artmış, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilmiş, hüquqları izah edilmiş və həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Bunun nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ilin ötən dövrü ərzində müraciətlərin ümumilikdə sayı, eləcə də təkrar müraciətlərin sayı azalmışdır ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır. Təsadüfi deyil ki, Hərbi Prokurorluğun və işçilərinin fəaliyyəti ilə bağlı vətəndaşların minnətdarlığını ifadə edən məktubların sayı isə artmışdır. Vurğulanmalıdır ki, qazilərin, şəhid ailələrinin, eləcə də I və II Qarabağ müharibəsi iştirakçılarının müraciətlərinə yüksək həssaslıqla yanaşılmışdır.

Sonda qeyd edim ki, Ulu Öndərin 28 noyabr 1998-ci il tarixdə Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluğun fəaliyyətini istiqamətləndirən: "...Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma, eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bugün də, gələcəkdə də olacaqdır, buna əmin ola bilərsiniz...." kimi müdrik kəlamlarını hər bir prokurorluq işçisi daim rəhbər tutmaqla xidməti fəaliyyətində tətbiq edir. Əminəm ki, prokurorluq, o cümlədən hərbi prokurorluq işçiləri böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan Prokurorluğuna olan inamını daim doğruldacaqlar.

Nihad Şıxəliyev

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Sənədlərlə və Müraciətlərlə işin təşkili şöbəsinin rəisi

ədliyyə polkovniki, hüquq üzrə magistr


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1418   Tarix: 02 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021