İnsan alverçiləri üçün asan hədəf - "Kaspi"nin ŞƏRHİ

İnsan alverçiləri üçün asan hədəf - "Kaspi"nin ŞƏRHİ2022-ci ildə əvvəlki illərdə doğulmuş, sənədləri olmayan 926 uşaq aşkarlanıb. Sənədsiz uşaqlarla bağlı açıqlanan statistika narahatlıq doğurur. Ekspertlər bildirirlər ki, bu uşaqlar cinayətkar qrupların, insan alverçilərinin əsas hədəflərindən biridir.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

"2022-ci ildə əvvəlki illərdə doğulmuş, sənədləri olmayan 926 uşaq aşkarlanıb və sənədləşdirilib", - deyə xəbər oxuduq. 2021-ci ilin statistikasına baxsaq, bu rəqəm 972 olub. Suallar yarandı: o uşaqlar kimlərdir, kimlərin övladlarıdır? Niyə sənədsiz yaşayıblar? Sənədsiz olduqları üçün hüquqları necə təmin olunub?

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov deyir ki, birliyə müraciətlərin böyük əksəriyyəti məhz sənədsiz uşaqlarla bağlıdır. Onun sözlərinə görə, səbəblər fərqlidir, amma birinci yerdə valideyn məsuliyyətsizliyidir:

"Bir çox valideynlə söhbət edəndə görürsən ki, sadəcə məsuliyyətsizlikdən dolayı bunu vaxtında etməyiblər. Qaraçılar isə, ümumiyyətlə, laqeyd davranırlar. Qaraçılardan xidmət göstərdiyimiz şəxslər var idi. Onların məhkəmə yolu ilə sənədlərini alıb təqdim etdik. 3-4 ay keçməmiş eyni adamlar təkrar müraciət edirdilər ki, sənədlər itdi, yenə köməklik edin".

"4 uşağı var, 4-ü də sənədsiz"

X.Kazımovun sözlərinə görə, "Doğum haqqında tibbi şəhadətnamə"nin olmaması da problem yaradan məsələdir:

"Uşaq xəstəxanadan kənar yerlərdə dünyaya gəlir, bu zaman da "Doğum haqqında tibbi şəhadətnamə"si olmur. Şəhadətnamə yoxdursa, vətəndaş ilkin sənədləri ala bilmir. İlkin sənədi vaxtında ala bilmirsə, üstündən vaxt keçirsə, yalnız məhkəmə yolu ilə əldə edə bilərlər. Bu halda əlavə əngəllər ortaya çıxır. Hüquqi xidmətə əlçatanlığın və məhkəmə üçün müvafiq rüsumları ödəmək imkanlarının olmaması kimi məsələlər də uşaqların sənədsiz qalmasına səbəb olur".

X.Kazımov bildirib ki, bir ailənin 4 uşağının sənədsiz olması halı belə var:

"Valideynləri ölkə daxilində səyyar həyat tərzi sürən uşaqlarla bağlı da belə hal yaşanır. 3 ay bir rayonda, 5 ay birində, 6 ay birində və s. yaşayır. Səyyar həyat tərzi, dayanıqlı yaşayış yerinin olmaması onların qeydiyyatda olduqları yer üzrə sənəd almasında problem yaradır. Hətta belə ailələrdən birinin 4 uşağı var idi, 4-ü də sənədsiz. 3-nün sənədini məhkəmə yolu ilə almağa köməklik etdik, ancaq 17 yaşında qızlarının sənədini almaq üçün məhkəmə prosesi hələ də davam edir".

Məktəb yaşı gələndə yada düşür ki...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva deyib ki, xəstəxanalardan kənar doğumlar, qaraçı ailələrindən olan uşaqlarla yanaşı, qeyri-rəsmi münasibətlərdən dünyaya gələn, küçə həyatına məruz qalan uşaqlarda da sənədləşmə problemi olur. Onun sözlərinə görə, Dövlət Komitəsi sənədsiz uşaqların sənədləşdirilməsi ilə bağlı iş aparmasa da, bu kimi müraciətlər daxil olduqda məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara rəsmi qaydada müraciət edilir.

G.Nağdəliyeva bildirib ki, məhkəmə prosesləri zamanı və əksərən də uşağın təhsil yaşı çatdıqda valideynlər sənədin vacibliyini anlayırlar:

"Uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydası" var. Uşaq məktəbə getmək üçün o qaydalarda tələb olunan sənədləri gətirməlidir. Ona görə bir çox valideynlər məhz uşaq məktəb yaşına çatanda sənədlərin toplanması prosesinə başlayırlar".

"Ya ata ortalıqda yoxdur, ya da ana"

Sığınacaqlarda da sənədsiz uşaqlar çox olur. Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə deyib ki, hazırda sığınacaqda 15 sənədsiz uşaq var və onların içərisində hər yaş qrupunda uşaq görmək mümkündür:

"13 yaşlı qız üçün doğum faktının təsdiq olunması ilə bağlı müraciət etdik. Uzun proseslərdən sonra həyata keçirildi. 16 yaşında doğum haqqında şəhadətnamə ala bildik. Təsəvvür edin, 14-15 yaşa qədər heç bir sənədi olmayıb. Bu, çox böyük problemdir".

Sığınacaqdakı sənədsiz uşaqların kimlər olmasına gəlincə, K.Ağazadə bildirib:

"Bizdə sığınacaq olduğu üçün daha çox valideynlərin ortada olmadığı məqamlarla bağlı sənədləşmə problemi yaşayanları görürük. Ya ata ortalıqda yoxdur, ya da ana. Məsələn, valideynlərdən biri həbsdədir, digəri də tək sənədləşdirməyə getmir, elə də qalır. Yaxud valideynlərdən birinin zərərli vərdişi var. Məsələn, narkotik istifadəçisidir, uşaq dünyaya gələndən sonra atıb gedir. Əsas problem isə ana ortada olmadığı vaxt yaranır. Uşaq ana ilə qiymətləndirilir. Bioloji ata hələ onun doğum faktını təsdiq edən əsas deyil".

"Ağır cinayətlərə sövq edilirlər"

Vəkil Qumru Eyvazova deyib ki, sənədləri olmayan uşaqlar arasında dilənçilik və avaraçılığa, pis vərdişlərə meyillilik, hüquq pozmaları törətmə hallarına rast gəlinir. Bu uşaqlar yetkin şəxslərin təhriki ilə narkotikdən istifadəyə, oğurluğa, digər ağır cinayətlərə sövq edilirlər.

Q.Eyvazova bildirib ki, uşaq məktəb yaşınadək sənəd almayanda, onun məktəbə qəbul olunmasında da problemlər yaşanır. Məktəb yaşında da bu hala "gələn il edərəm" kimi laqeydliklə yanaşanlar, sənədləşməni bir neçə il uzadanlar da olur:

"İllər sonra uşağı məktəbə yazdırmaq istəsə də, təhsil müəssisəsi uşağın yaşının çox olmasını əsas gətirərək onu məktəbə qəbul etmir".

"İnsan alveri qurbanı ola bilərlər"

Vəkilin sözlərinə görə, sənədi olmayan uşaq potensial insan alveri qurbanına çevrilə bilər:

"Belə ki, şəxsin bir fərd kimi tanınması üçün onun şəxsiyyətini təsdiq edən sənəd mövcud deyilsə, onu insan alverinə cəlb etmək cinayətkarlar üçün daha da asan olur".

Q.Eyvazova bildirdi ki, sənədi olmayan uşaq itərsə, onu tapmaq da çətinləşir:

"Uşaqların şəxsiyyət vəsiqəsi onlar itdikləri halda tapılmalarında mühüm rol oynayır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1837   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021