Enerji içkisi adı ilə satılan ölüm
Enerji içkiləri hər il bir çox insanın sağlamlığına ziyan vurur. Ən pisi isə enerji içkisinə görə həyatını itirənlərin sayının artmasıdır. Bir çox insan isə həmin bu təhlükəni görmür və ya görmək istəmir.
Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov Bizim.media-ya açıqlamasında bildirib ki, bəzi şirkətlər məhsullarını enerji içkisi adı ilə satsa da, onlar əslində qatqılarla hazırlanmış təhlükə doğuran sərinləşdirici içkilərdir:
"4-cü sənaye inqilabı əsridir. Bazar iqtisadiyyatı olduğu üçün kim hansı məhsulu istəyir, satır. Təbii ki, burada normativləri aşmaq olmaz. Enerji içkiləri ilə bağlı bir müddət əvvəl AQTA məlumat yaydı ki, bəzi enerji içkiləri heç enerji içkisi deyil. Həmin içkiləri istehsal edən şirkətlər məhsulun üzərinə sərinləşdirici şirə və s. yazmalıdırlar".
Ekspert bildirir ki, enerji içkiləri dozasından artıq qəbul etdikdə ölümə belə səbəb ola bilər. Bu halların yaşanmaması isə birbaşa istehlakçının özündən asılıdır:
"Enerji içkilərinə taurin maddəsi vurulur ki, o yaratdığı müvəqqəti enerjini borc kimi verir, sonra başağrısı, ürək qan-damar sisteminin pozulması, yaxud da qəfil ölümlə nəticələnir. Bu içkilərdə fosfor istifadə olunduğuna görə şəkərə də səbəb olur. Həm də xəbərdarlıq edilir ki, 18 yaşına çatmayan şəxslərin enerji içkilərindən istifadəsi qadağandır. Həmin içkilərdə bir bankaya görə hesablanmış normativlər var. Məsələn, taurin bir bankaya görə neçə milli qram istifadə olunursa, bu məhsulun üzərində yazılmalıdır. Eyni zamanda birdəfəlik qəbulun dozası da etiketdə qeyd olunmalıdır".
Bəs enerji içkiləri ilə bağlı problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görülə bilər?
"Bu insanların özündən asılıdır. Şəxs həftədə bir neçə banka enerji içkisi qəbul edə bilər. Lakin bunu vərdiş halına gətirmək sağlamlıq üçün ciddi təhlükə yaradır. Məsələn, gündə 7-8 banka içən gəncin gələcəyi təhlükə altındadır. Təbii ki, məhsulun daha çox satılması istehsalçıların maraqlarına uyğundur. AQTA bu barədə zəruri addımı atıb. Belə ki, müəyyən qrup içkilərin enerji içkisi olmadığı barəsində xəbərdarlıq verib. Yəni həmin içkilərə əlavə olunan qatqı maddələri birbaşa insan sağlamlığı üçün təhlükə yaradır".
Ağa Salamovun sözlərinə görə, enerji içkilərinin fəsadlarını aradan qaldırmaq hazırda mümkün deyil və buna yalnız istehlakçıların özləri nəzarət etməlidirlər:
"Enerji içkiləri qlobal yayılmış məhsul olduğu üçün onların qarşısını almaq mümkün deyil. Onların öz normativləri olduğu üçün kimsə qadağa qoya və ya fəaliyyətinə məhdudiyyət tələb edə bilməz. Ancaq dövlət müdaxilə edə bilər. Bu da keyfiyyət problemi zamanı ola bilər. Əsasən isə istehlakçılar özləri müvafiq dozanı aşmamalıdırlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2138 Tarix: 03 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021