Sökülən mənzillərə görə kompensasiyanın məbləğindən narazılıq var: Çıxış yolu nədir?

Sökülən mənzillərə görə kompensasiyanın məbləğindən narazılıq var: Çıxış yolu nədir?Bakıda mənzillərin qiyməti bahalaşıb. Bu tendensiya sökülən mənzillərə görə kompensasiyanın məbləğinə də təsir edir. Bəzi vətəndaşlar təklif olunan məbləğdən narazıdır. Bəs çıxış yolu nədir?

"Kaspi" qəzeti bu aktual mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

İllərdir Bakıda köhnə binalar, həyət evləri sökülür. Yerində isə ya çoxmərtəbəli binalar tikilir, ya da parklar salınır. Bu pilot layihələr həyata keçirildikdə vətəndaşlara kompensasiya məqsədilə ödənişlər edilir. 4-5 il öncə qeyri-rəsmi şəkildə müəyyən olunmuş ödəniş 1 kvadratmetr əraziyə görə 1500 manat idi. Lakin əmlak bazarında son dövrlərdə qiymətlərin sürətlə bahalaşması kompensasiya məbləğini yenidən gündəmə gətirib.

"Bu, mənzil sahiblərinə daha sərfəlidir"

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev dedi ki, artıq insanlara kompensasiyadan çox, yeni tikilən binadan mənzillər verilir: "2016-cı ildən başlayaraq pilot layihələr üzərindən çox sayda köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evləri sökülərək yenitikili binalarla əvəzlənib və ya hansısa parklar salınıb. Əksər hallarda sökülən yerlərin sakinlərinə pul deyil, tikilən binalardan daha böyük və tam təmirli mənzillər verilir. Həmçinin, bina tikilib başa çatana qədər mənzil sahiblərinə kirayə pulları ödənilir. Bu, mənzil sahiblərinə daha sərfəlidir. Çünki bəzi ərazilər var ki, oradakı mənzillərin, xüsusən də fərdi həyət evləri və ya iki mərtəbəli binalardan ibarət olan mənzillərin bazar dəyəri olmur, alıcılıq qüvvəsi aşağıdır. Belə durumda mənzilləri satmaqda çətinlik çəkirlər və layihələr üzərində söküntü işləri onlar üçün sərfəlidir. Əksər insanların evlərinin ümumi sahəsi kiçik olduğuna görə onlara verilmiş kompensasiya ilə mənzil ala bilmirlər. Bu baxımdan daha çox mənzillə əvəzləyirlər. Ona görə də artıq ödəmə ilə bağlı problemlər yaşanmır".

Narazılığın əsas səbəbi

E.Fərzəliyev bildirdi ki, Bakı üçün qiymət hazırda 1500 manat deyil: "Artıq köhnə binaların hər kvadratmetri əraziyə görə dəyişir. Bəzi kənar ərazilərdə hər kvadrata görə 1000-1500 manat, mərkəz ərazilərdə isə 2500- 3000 manata qədər pul ödənilir. Söküntü işləri zamanı əksər insanlar narazı qalmır. Narazılığın böyük əksəriyyəti həyətyanı sahələrə görə daha çox pul ala bilməməkdən yaranır. Tikinti şirkətlərinə sərf etmədiyi üçün bu cür problemlər yaşanır".

Minimum 20 faiz böyük sahə

Əmlak ekspertinin sözlərinə görə, bəzi insanlar söküləcək olan binalardan ev alır ki, yeni mənzil sahibi olsun: "Vətəndaşlara daha çox mənzil verildiyinə görə bu, əmlak bazarında ciddi qiymət artımına gətirib çıxarıb. Yəni köhnə binalarda alıcıların sayı artıb. Əsas səbəb həmin binaların sökülərək yenitikililərlə əvəzlənməsidir. Yeni binalardan mənzil sahiblərinə ev verəndə onların əmlaklarının qiyməti artıq daha baha qiymətə təklif olunur. Əlavə onlara minimum 20 faizdən artıq daha geniş sahə verilir".
E.Fərzəliyevin fikrincə, bu gün tək Bakıda sökülməli olan yüzlərlə yaşayış massivi, çoxmərtəbəli bina var. Onlar da mümkün qədər tez zamanda sökülüb yeni binalarla əvəz olunmalıdır.

Bina tikmək üçün yer qalmayıb

Əmlakçı Mülkədar Rüstəmov isə dedi ki, əvvəllər qanunvericilikdə məsələ vətəndaşın xeyrinə həll olunurdu, sonra isə bu qayda dəyişdirildi: "Bu dəqiqə Bakıda tikinti şirkətləri üçün bir çətinlik də ondan ibarətdir ki, bina tikmək üçün uyğun yerlər qalmayıb. Pilot layihələr ona görə icra olunur ki, istismar müddətini bitirmiş binaları söküb yeni çoxmərtəbələr tikməklə şirkətlərə dəstək olunsun. Dövlət də bu işdə maraqlıdır ki, tikinti şirkətləri daim fəaliyyət göstərsinlər. Çünki tikinti sahəsi iqtisadiyyatın özəyi hesab olunur. Əvvəllər mübahisəli bir məsələ olanda, bir yer söküntü planına daxil edilirdisə, mütləq ev sahibinin dediyi olmalı idi. İstər fərdi, istər bina evində üstünlük mülkiyyətçinin tərəfində idi. Qanunvericilikdə də göstərilmişdi ki, mənzil sahibinin razılığı olmadan onu heç bir varianta məcbur etmək olmaz. Hətta dövlət əhəmiyyətli planlaşmalarda belə. Lakin bundan sonra mübahisə olanda istər pilot, istər dövlət layihəli məsələdə məhkəmə dövlətin xeyrinə qərar çıxaracaq. Şəhərin mərkəzi istiqamətlərində 1 sot torpağın qiyməti 200-250 min manat dəyərindədir. Amma hər kvadrata 1500-1600 manat təklif olunur. Bu qiymət reallıqla, bazarla uyğun gəlmir. Bəzi nüfuzlu şirkətlər var ki, 2000-2100 manat kompensasiya təklif edir".

Vətəndaş da, MTK da haqlıdır

Əmlakçı qeyd etdi ki, mübahisələrdə vətəndaşların da, MTK-ların da haqlı əsasları var: "Vətəndaş haqlıdır ona görə ki, "bir neçə ailəyik, mənzilə ehtiyac yoxdur, kvadratına görə bazar dəyərinə uyğun qiyməti nədirsə, kompensasiyamı verin", - deyir. İndi MTK-lar pul vermək əvəzinə 2 illik kirayəpulu və yeni mənzildən 20 faiz daha artıq sahə təklif edirlər. Bu məsələdə artıq vətəndaşla MTK arasında fikir ayrılığı yaranır. MTK əslində vətəndaşın istədiyi kompensasiyanı verməyə borcludur. İkinci məsələ odur ki, bəzi vətəndaşlar 30 kvadrat sahəsi ola-ola MTK-dan 700-800 min, bazar dəyərindən dəfələrlə çox məbləğ istəyir. Burada da MTK-lar haqlıdır. Bu məsələdə icra hakimiyyətləri xüsusi rol oynayır. Onlar müdaxilə etsə, görüş təşkil etsə, məsələ həllini tapar".

Dəqiq tariflər olarsa...

M.Rüstəmovun sözlərinə görə, dəqiq tarif olsa, insanlar da hüquqlarını bilərlər: "Bakı şəhərinin baş planının bu il təsdiqlənəcəyi gözlənilir. Baş plan təsdiqlənmədiyindən gələcəkdə hansı layihələrin icra olunacağı bilinmir. Elə yerlər var ki, orada kütləvi söküntülər olacaq. Bundan sonra söküntüyə daha çox yerlər gedəcək. Çünki istismar müddətini bitirmiş kifayət qədər bina var. Hələ bu söküntülər 1-2 ildir başlanılıb. Gələcəkdə digər ərazilərdəki söküntülərdə də narazılıqlar özünü göstərəcək. Dövlət belə çəkişməli məsələlərdə sahə üzrə konkret bazar qiyməti təyin etməli, qanunla tənzimləməlidir ki, hansı ərazilərdə qiymət nə qədərdir. Bilirik ki, mərkəzi küçələrdə 1 kvadrat 4-5 min arasında qiymətləndirilir. Amma bunu hüquqi olaraq təsdiqləmək və rəsmiləşdirməklə bağlı bir addım atılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1819   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021