Lombardların yeni "girov" təklifləri

Lombardların yeni "girov" təklifləriArtıq lombardlara girov müqabilində tək qızıl, ev, maşın yox, hətta mobil telefon, notbuk da qoyub pul götürə bilərsiniz. Bu təkliflə çıxış edən lombardların sayı durmadan artır. Ancaq "yeni qaydalar"ın nə dərəcədə təhlükəsiz və ya qanunauyğun olub olmadığı suallar doğurur.

İnsanlar təcili ehtiyacları yarananda lombard kreditlərindən faydalanırlar. Qızıl zinət əşyasını, daşınan və daşınmaz əmlakını girov qoyur, onun dəyərindən qat-qat aşağı səviyyədə borc pul götürürlər. Son dövrlər isə lombardlar əhaliyə brend mobil telefon və notbuk girov qoymaq qarşılığında da kreditlər təklif edirlər. Nəzərə alaq ki, həm mobil telefonda, həm də notbukda özümüzə və yaxın ətrafımıza aid şəxsi məlumatlarımız ola bilər. Belə olan halda hər iki əşyanın kredit götürmək üçün lombarda təqdim edilməsi sonradan onlara müdaxilə olunmasına, şəxsi məlumatların başqasının əlinə keçməsinə səbəb ola bilərmi? Ümumiyyətlə, mobil telefon və notbuk girovluğu müqabilində pul kreditinin təklif edilməsi nə dərəcədə doğrudur? Bu, qanunla hansısa formada tənzimlənirmi?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

Lombardlar banklara uduzur

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, lombardların fəaliyyətinin əsasını məhz pul müqabilində qiymətli əşyaların girov qoyulması təşkil edir. Lombardlar üçün qızıl müqabilində dəyərinə və saxlanma rahatlığına görə kredit vermək daha münasibdir: "Təsadüfi deyil ki, lombard dedikdə ilk ağıla gələn qızıl girov qoyub borc pul götürməkdir. Amma bu o demək deyil ki, lombarda girov qoyulan əşya yalnız qızıl olmalıdır. Lombard verdiyi pulun müqabilində ondan daha üstün dəyərə malik girov qəbul edir. Son dövrlər bankların kredit imkanlarının və təkliflərinin genişləndirilməsi, kredit şərtlərinin yumşaldılması lombardların fəaliyyətinə mənfi təsir göstərib. Vətəndaş banklara müraciət edə, girovsuz, özü də sərfəli faizlə kredit əldə edə bilir. Bu da lombardlara üz tutanların sayının azalmasına gətirib çıxarıb. Nəticə etibarilə lombardlar yeni mexanizmlər ortaya qoyurlar. Bu mexanizmlərdən biri də müxtəlif cihazların girov qoyulması müqabilində borc pul təklifləridir. Həmin cihazların ölçüsü böyük deyil, amma dəyərə malikdir, saxlanması da rahatdır. Burada lombardlar üçün risk faktoru yoxdur. Bu, vətəndaşlar üçün də aşağı-yuxarı eyni mahiyyət kəsb edir. Reallıq bundan ibarətdir ki, qızıl zinət əşyası olmayan hər bir vətəndaşın indiki dövrdə mütləq mobil telefonu, notbuku və digər cihazları var. Belə yanaşma lombardlara müraciət edənlərin sayını tədricən artıracaq".

Lombardlar üçün əsas risk

Ekspertin qənaətincə, mobil telefon və notbuk girov qoyub borc pul əldə edənlərin böyük əksəriyyəti bu prosesin qanuni tərəfini, iqtisadi səmərəsini o qədər də anlaya bilmirlər: "Belə davam edərsə, 1-2 il sonra lombardların əlində böyük sayda mobil telefon, notbuk kimi cihazların yığılıb qaldığını müşahidə edə bilərik. Bu, lombardın özü üçün də riskdir. Lombardın 2 min manat dəyəri olan telefonu girova qəbul etməsi müqabilində vətəndaşa hansı məbləğdə borc pul verməsindən çox şey asılıdır. Çünki cihazlar kütləvi şəkildə yığıldıqdan sonra onun satılıb pula çevrilməsi məsələsi var. Tələbə uyğun olaraq qızılı satıb pula çevirmək daha asandır, nəinki hansısa cihazı. Lombardlar üçün əsas risk məhz bundan ibarətdir. Yəqin ki, lombardlar bundan xəbərdardırlar və girov götürdükləri cihazların real dəyərindən qat-qat aşağı məbləğdə borc pul təklif edəcəklər".

Məlumatların oğurlanması riski böyükdür

Kibertəhlükəsizlik üzrə ekspert Berna Baysal bildirib ki, lombarda girov qoyulan cihazdakı şəxsi və ya həssas məlumatlara icazəsiz giriş riski böyükdür: "Məsələn, şəxsi fotoşəkillər, sənədlər, e-poçtlar, parollar kimi məlumatlar başqaları tərəfindən əldə edilə və istifadə oluna bilər. Məlumatların oğurlanması riski də böyükdür. Kimlərsə cihazınızda olan məlumatları hədəf alar və bu məlumatları zərərli məqsədlər üçün istifadə edər. Burada şəxsiyyət oğurluğu riski də mümkündür. Cihazınızda giriş və ya etimadnamələriniz varsa, sizin adınıza müxtəlif onlayn fəaliyyətlərlə məşğul olar və ya hesablarınıza icazəsiz girə bilərlər. Eyni zamanda, zərərli proqram təminatının, yəni virus, trojan, və s. cihazınızda quraşdırılması riskləri də var. Cihazınızın fiziki təhlükəsizliyinin pozulması da mümkündür".

Qərar var, qanun yox

Lombardların fəaliyyətinin, o cümlədən müxtəlif girovlar müqabilində pul təklif etməsinin qanuni olub-olmamasına gəlincə, Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli qərarı ilə "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq olunub. Bu qaydalarda lisenziyanın verilməsi, onun mahiyyəti, müddəti, surəti, qüvvədə olma qaydaları, ona nəzarət, məsuliyyət, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi şərtləri əksini tapıb. Konkret qanunvericiliyə gəlincə isə hələlik Milli Məclis "Lombardlar haqqında" qanunu qəbul etməyib. 6 fəsil 32 maddədən ibarət yeni qanun layihəsi hazırlansa da, parlamentdə tam müzakirədən keçməyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2073   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021