ELEKTROMOBİLLƏRLƏ TARİXƏ SƏYAHƏT
3 iyun tarixində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elektrik avtomobillər yürüşü uğurla baş tutdu. Azərbaycan avtomobil dilerləri assosiasiyasının (AADA) təşkilatçılığı ilə ən yeni elektromobillərdən ibarət "karvan" Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə hərəkət edərək, paytaxt sakinlərinin və çoxsaylı turistlərin marağına səbəb oldu.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev Qobustan qoruğunda təşkil olunmuş xüsusi tədbiri açıq elan edərək, məlumat verdi ki, aksiyanın məqsədi Heydər Əliyev irsinin təşviqi, eyni zamanda dövlət əhəmiyyətli tarixi-bədii qoruqlara, ətraf mühitin qorunmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinə tövhə verməkdir. Təsadüfi deyil ki, yürüşün final mərhələsində məktəblilər arasında elan olunmuş "Gələcəyin ekoloji avtomobili" mövzusunda "onlayn" rəsm müsabiqəsinin qaliblərinin elan olunması nəzərdə tutulmuşdu.
"Ulu Öndər Heydər Əliyevin 100 illiyinin Azərbaycan ərazisində mövcud olan ən qədim insan məskənində qeyd edilməsi və eyni tədbirdə gələcəyi təsvir edən istedadlı uşaqların təltif olunması zənnimcə son dərəcə simvolik məna daşıyır." - N.Zərbəliyev qeyd etdi.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və "yaşıl artım" ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. Bu proqram çərçivəsində Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) artıq bir sıra tədbirlər həyata keçirmişdir. Bunlardan Bakı-Mingəçevir marşrutu ilə "Yaşıl ölkə 2022" ekoloji avtomobillər yürüşü, "Avto Eko 2023" elektrik avtomobillər sərgisini misal gətirmək olar. Azərbaycanda ilk elektromobillər yürüşü bu sırada ən parlaq aksiya oldu. Maraqlıdır ki, ən qabaqda hərəkət edən elektromobili Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev idarə edirdi və bu münasibətlə finişdə xüsusi təşəkkürnamə ilə təltif olundu. Daha sonra ekologiya naziri gələcəyin ekoloji avtomobillərini yaratmış gənc rəssamların diplom və mükafatlarını təqdim etdi. Rəsmi hissədən sonra qonaqlar üçün çay süfrəsi və Qobustan qoruğuna ekskursiya təşkil olundu.
Tədbiri yekunlaşdırarkən AADA sədri bu layihənin gerçəkləşməsində dəstək göstərmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Avtomobil Federasiyasına və eləcə də AADA-nın daimi tərəfdaşları "Mashin.Al" "onlayn" avtomobil mərkəzi və elektromobillər üçün "şarj" avadanlığı idxal edən "MLK Tech Group"a təşəkkür etdi.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1224 Tarix: 05 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021