Aptekdən uşaq yeməyi oğurlayan şəxs 20 sutka həbs edildi - YENİLƏNİB
Mayın 4-də paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, məhkəmənin qərarı ilə həmin şəxs 20 sutka inzibati qaydada həbs edilib: "Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir".
"Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib", - DİN rəsmisi vurğulayıb.
15:29
Bakıda aptekdən oğurluq olub.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Bir nəfər aptekdən 100 manat dəyərində uşaq yeməyi oğurlayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 21 yaşlı İlkin Məmişov tutulub.
O, övladı ac qalmasın deyə bu addımı atdığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2595 Tarix: 08 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?
Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq. APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyev
27 aprelMay ayının istirahət günləri açıqlandı
2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə daha çox olacaq. Qaynarinfo xəbər verir ki, 9 Mayın (Faşizm üzərində Qələbə Günü) şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may (bazar ertəsi) də qeyri-iş günü ela
27 aprelSüd BAHALAŞACAQ
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl
26 aprelVaşinqtonda atəş açılan tədbirdən qaçanlar özləri ilə spirtli içki aparıblar
Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının atışma baş verən tədbirində maraqlı anlar yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, atışma zamanı tədbirdə iştirak edən qonaqlar özləri ilə spirtli içki şüşələrini aparıblar. Bu barədə "The New York Post" qəzeti məlumat yayıb. Nəşrin xəbərin
27 aprelMilli Qəhrəmanın gəlini onun adını daşıyan nəvəsinin fotosunu paylaşdı
Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin gəlini Ülkər Mirzəyeva həyat yoldaşı və körpəsi ilə birgə foto paylaşıb. xəbər verir ki, o, paylaşımına: "Sizsiz bir anım, bir günüm olmasın", -deyə şərh verib. Qeyd edək ki, Elvin Mirzəyev bu ilin yanvarında dünyaya gələn övladın
27 aprelBinaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...
Divarların sökülməsi, konstruksiyaya edilən gizli müdaxilələr və sənədlərdə "ev" kimi görünən, amma əslində mağazaya çevrilən mənzillər hər an partlamağa hazır olan bombanı xatırladır. Birinci mərtəbələrdəki divarların aşırılması bütöv bir binanın sütunlarını sarsıdır və on minlərlə insanı
26 aprelÇoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprel