Leyla Abdullayevanın "Respublikaçı" deputatlara cavab məktubu Fransanın məşhur nəşrində dərc olunub

Leyla Abdullayevanın "Respublikaçı" deputatlara cavab məktubu Fransanın məşhur nəşrində dərc olunubAzərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın 13 iyun 2023-cü il tarixində Fransanın "Le Figaro" qəzetində "Respublikaçı" deputatlar tərəfindən dərc olunmuş məqaləyə cavab məktubu bu ölkənin məşhur "Lopinion" nəşrində dərc olunub.

Sonxeber.az report-a istinadən xəbər verir ki, məktubda fransız deputatların Ermənistan xalqının həyati və milli maraqlarının zərərinə müəyyən radikal və millətçi qrupların seçki təzyiqinə tabe olmasının demokratiya və sülh üçün təhlükəli olduğu bildirilib.

Qeyd edilib ki, iyunun 12-də "Le Figaro" qəzetinin saytında və iyunun 13-də isə qəzetin özündə "Respublikaçı" deputatlar tərəfindən dərc edilmiş məqalədə Fransadakı bütün azərbaycanlıların şərəfinə xələl gətirən qeyri-dəqiq məlumatlar mövcuddur.

Məktubda bildirilib ki, "Respublikaçı" deputatların başlatdığı "həyəcan siqnalı" yanlış məlumatlara əsaslanır və Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının qarşısını almaq məqsədilə bu miflərlə çıxış edən marjinal və radikal qüvvələrin maraqlarına xidmət edir:

"Bizim son 30 ildə ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq, bütün regionda inkişaf və əməkdaşlığa yeni səhifə açmaq üçün tarixi imkanımız olduğu bir vaxtda bu radikal qüvvələr yalnız öz siyasi mövcudluqlarını təmin etmək məqsədilə dağıdıcı mövqeyə üstünlük verirlər. Xatırlatmaq istərdim ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası Ermənistan tərəfindən misli görünməmiş hərbi təcavüz ilə üzləşmiş, bunun nəticəsində beynəlxalq səviyyədə Azərbaycana məxsus ərazilərinin 20 faizi işğal edilmişdir. Ölkənin ərazi bütövlüyü və suverenliyi pozulmuş, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən etnik təmizləmənin qurbanı olan bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası, Fransanın da səs verdiyi, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və Ermənistanın işğalçı qüvvələrinin onun suveren ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir".
"Ermənistan silahlı qüvvələri tərəfindən törədilən çoxsaylı hərbi təxribatlardan sonra 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibə nəticəsində Azərbaycan BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarına uyğun olaraq öz ərazisini və xalqını müdafiə edərək tarixi ədaləti bərpa etmişdir. Ərazilərinin tamamilə dağıdılmasına baxmayaraq, işğal başa çatdıqdan sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif edən də məhz Azərbaycan olmuşdur. Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə vicdanla hörmət etməsi və beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini yerinə yetirməsi vacibdir", - L.Abdullayevanın "Lopinion" nəşrində dərc olunan məktubunda bildirilib.

Müəllifin məktubunda vurğulanıb ki, məqalədə qeyd olunan Laçın yolu Azərbaycanın suveren ərazisinin bir hissəsidir və Laçın rayonu ilə Azərbaycann Xankəndi şəhəri arasında yerləşir: "Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Laçın yolu müstəsna olaraq humanitar məqsədlər üçün nəzərdə tutulmuşdur: "Lakin bu yol Ermənistan tərəfindən qeyri-qanuni hərbi və kommersiya məqsədləri üçün, xüsusən də Azərbaycan ərazisində qeyri-qanuni yerləşdirilməsi davam edən silahlı qüvvələrin şəxsi heyətinin hərəkəti və silah-sursatın daşınması üçün istifadə olunmuşdur. Bundan başqa, üçüncü ölkə vətəndaşları terrorçuların hazırlanması və sıralarına cəlb edilməsi kimi şübhəli məqsədlərlə Laçın yolu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə qanunsuz daxil olmuşdur. Məqalədə Azərbaycan tərəfindən Laçın yolunun qondarma "bağlanması"na istinad edilməsi heç də reallığı əks etdirmir. Azərbaycan Respublikası tərəfindən Ermənistanla sərhəddə 7/24 fəaliyyət göstərən və erməniəsilli azərbaycanlı sakinlər tərəfindən istifadə edilən keçid məntəqəsi yaradılmışdır. KİV-də yayımlanan çoxsaylı video və fotoların da sübut etdiyi kimi hər iki istiqamətdə sərbəst və təhlükəsiz hərəkət Azərbaycan tərəfindən təmin edilir. Bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarında erməni tərəfinin iddia etdiyi qondarma "bağlanma"ya heç bir istinad edilmir və bu da bu saxta ittihamın heç bir əsası olmadığını sübut edir. Məhkəmənin qərarına əsasən, Azərbaycan Laçın yolu ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin sərbəst hərəkətini təmin etmək məqsədilə öz milli ərazisində nəzarət-buraxılış məntəqəsi yaratmışdır".

"Bundan əlavə, sağçı "Respublikaçıların" nümayəndələrinin bu çağırışı hətta Ermənistan hökumətinin indiki siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə, xüsusilə 2023-cü il mayın 16-17-də Reykyavikdə keçirilən Avropa Şurasının Zirvə toplantısı zamanı Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımaqla bağlı bəyanat vermişdir. Bu mövqe Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən mayın 14-də Brüsseldə keçirilən görüşün yekununda verilən bəyanatda da bir daha təsdiqlənmişdir. Nəhayət, bu məqaləyə imza atan şəxslər, eyni zamanda, xristian mədəniyyətini dəstəkləməyin vacibliyini qeyd edir. Bu xüsusda, xatırlatmaq istərdik ki, Azərbaycan dünyəvi, çoxkonfessiyalı və multikultural ölkədir. Azərbaycan, müxtəlif etnik qrupların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu tam əmin-amanlıq şəraitində yaşadığı unikal birgə yaşayış modelini təqdim edən ölkədir. Eyni zamanda, Azərbaycan, xüsusilə müxtəlif ölkələrdə, o cümlədən Fransada xristian irsinin qorunub saxlanmasına töhfə vermək kimi dinlərarası və mədəniyyətlərarası dialoqa töhfə verməklə bağlı konkret fəaliyyətlərə imza atmışdır. Davamlı sülh bütün region xalqlarının, o cümlədən Ermənistan xalqının gələcəyi üçün mütləq zərurətdir və yalnız beynəlxalq hüquqa və götürülmüş öhdəliklərə hörmət bizi bu tarixi məqamda çox yaxın olduğumuz bu məqsədə doğru apara bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 963   Tarix: 15 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr