"Ermənistan təxribatlarını davam etdirərsə, Suriyaya çevrilə bilər"
"Ermənistan təxribatlarını davam etdirərsə, gələcəkdə Suriyaya çevrilə bilər".
Bunu "Report"a açıqlamasında siyasi analitik Əziz Əlibəyli deyib.
O söyləyib ki, proseslərin inkişaf perspektivləri və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması həm də bölgədəki güclərdən asılıdır: "ABŞ artıq Arazdəyən yaşayış məntəqəsində yerləşməyə başlayıb. Avropa İttifaqı isə Göyçə tərəfdədir. Türkiyə sərhədi boyunca rusiyalı və iranlı hərbçilər xidmət edir. Bu geosiyasi vəziyyət Ermənistanı regionun Suriyasına çevrilməsi üçün əlverişli şərait yaradır. Ermənistan təxribatlarını davam etdirərsə, gələcəkdə Suriyaya çevrilə bilər, çünki rəsmi İrəvan həmin qüvvələri balanslaşdıra bilmir".
Politoloq bildirib ki, hazırda Cənubi Qafqazda böyük güclərin hesablaşması davam edir: "Şərqi Avropa və Mərkəzi Asiyadan sonra Qafqaz üçüncü böyük hesablaşma mərkəzinə çevrilib. Sülh istiqamətində ciddi irəliləyiş əldə olunub. Amma bu nəticələr təhlükəlidir. Hər an əks-effekt verə bilər. Sülh perspektivi yaxınlaşır. Odur ki, həm Qərb, həm də Rusiya "xal qazanmaq istəyir". Gərginlik də məhz bununla bağlıdır".
Analitikin sözlərinə görə, davam edən sabotaj cəhdlərini hər nə qədər üçüncü qüvvələr idarə etsə də, Ermənistan hərbi-siyasi hakimiyyəti özü də "süddən çıxmış ağ qaşıq" deyil: "Biz ermənilərin xislətinə bələdik. Tarixi təcrübə öz sözünü deyir. Təxribatların yekununda genişmiqyaslı eskalasiyanın başlaması mümkündür. Bu, iki məqamdan asılıdır. Birincisi, genişmiqyaslı müharibənin başlaması üçün Vaşinqton və Brüssel formatları uğursuz olmalıdır. İkincisi isə Zəngəzur dəhlizinin açılıb-açılmaması ilə bağlı Ermənistanın qərarı da bu məsələyə təsir edəcək. Qarşı tərəf dəhlizin açılmamasında israr edərsə, hərbi əməliyyatların başlaması qaçılmaz prosesə çevriləcək. Bu isə sülhə məcburetmə əməliyyatı olacaq".
Qeyd edək ki, Ermənistan təxminən 10 gündür şərti dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı təxribatlar törədir, Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minimum əmək haqqı nə zaman artırılacaq?
Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı
Bu ərazidəki 22 ev söküləcək: Sakinlərə kompensasiya veriləcək
Rayonlarda intensiv yağış, qar yağacaq, dolu düşəcək
Bu şəxslərə hər ay 1000 manat mükafat veriləcək
Qəzada həlak olan 6 azərbaycanlının kimliyi bilindi - Foto
Boşanmalar niyə artır? - SOSİOLOQLAR AÇIQLADI
May pensiyaları ödənildi
Müəllimin dərs zamanı geyimini görənlər şok olur - VİDEO
Bibərin yanında qətiyyən əkilməyəcək bitkilər: ən pis "qonşular"
Çində uşaq qaçırılması və orqan iddiaları: sosial şəbəkələrdə yayılan görüntülər müzakirə yaratdı - VİDEO
"Gənclik"dəki tuneldə ağır qəza - Yaralılar var - Video
Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
Gənc qız müəlliminin əlindən qurtulmaq üçün çılpaq halda özünü binadan atıb
3 cəzanı eyni anda aldı - Məbləğ dodaq uçuqlatdı