Bayden Fransa, Almaniya və Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib
ABŞ Prezidenti Cozef Bayden Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə Rusiyadakı vəziyyəti müzakirə edib.
Bu barədə Ağ Evin məlumatında deyilir.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1356 Tarix: 24 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandı
Alimlər ayrı-ayrı arılara konkret insan üzünün fotoşəklini seçməyi və digər oxşar təsvirlərdən qaçınmağı öyrədiblər. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, düzgün seçimə görə həşəratlar bir damcı şəkər siropu, səhvə görə isə acı xinin suyu alırdılar. Mükafatsız keçirilən həlledici testd
14 iyunİsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
İsrail gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək qabiliyyətini saxlamaq niyyətindədir. "Report"un məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz bunu "X" sosial media platformasında yazıb. "İsrail gələcəkdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqi
14 iyunƏyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr
Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb. xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələ
14 iyunBerlində təhlükəli virus yayılmağa başlayıb
Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 2
14 iyun