Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturu dəyişdirilib, Türkiyə modelinə uyğunlaşdırılıb
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlılarının strukturunda dəyişiklik edilib və Türkiyə modelinə uyğunlaşdırılıb.
Bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülüb: "Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlığı bu hərbi hissənin vacibliyini bir daha isbat etdi və müdafiə nazirinin müvafiq sərəncamına əsasən hərbi hissənin təşkilati-ştat strukturunda bu günün tələblərinə müvafiq əsaslı dəyişikliklər edildi".
Vitse-admiral deyib ki, şəxsi heyət müttəfiq və tərəfdaş ölkələr tərəfindən təşkil olunan müxtəlif ixtisas kurslarında, təlimlərdə daim iştirak edirlər: "Bu gün hərbi dənizçilərimiz öz bilik və bacarıqlarını nəinki yerli təlimlərdə, həmçinin beynəlxalq təlim və tədbirlərdə sərgiləməklə yanaşı, yüksək peşəkarlıqla icra edirlər".
Report.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1188 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr