Firad Əliyev: Qüdrətli Silahlı Qüvvələr Heydər Əliyev dühasının bəhrəsidir

Firad Əliyev: Qüdrətli Silahlı Qüvvələr Heydər Əliyev dühasının bəhrəsidirAzərbaycan Xalq Cümhuriyyəti elan edildiyi ilk günlərdən Silahlı Qüvvələrin təşkilinə başlanılıb və qısa zamanda buna müvəffəq olunub. Belə ki, Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi - Əlahiddə Azərbaycan korpusu təşkil edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin faktı əsas tutaraq 1998-ci il mayın 22-də müvafiq Fərman imzalayıb. Həmin sənədə əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Bundan sonra hər il məhz bu gün ölkəmizdə Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Bu, öz keçmişinə hörmət, tarixi günün rəsmiləşdirilməsi olmaqla bərabər, hərbçilərimizə verilən növbəti dəyərin təcəssümü idi.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O vurğulayıb ki, 1969-cu il iyulun 14-də hakimiyyətə gələn Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaranmış tənəzzül Ulu Öndərin ölkəmizə birinci dəfə rəhbərliyi dövründə aradan qaldırıldı. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, həmin müəssisələrdə o dövrün ən müasir texnologiyalarının tətbiqi ölkəmizin müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı. Bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi. Bununla yanaşı, milli hərbi kadrların hazırlanması prosesi də sürətlə gedirdi. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı milli mütəxəssislərin hazırlanması istiqamətində dahi şəxsiyyət Heydər Əliyevin gördüyü böyük işlər bu dahi şəxsiyyətin uzaqgörənliyinin parlaq sübutu idi. Ordu qururculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırılmasının və ixtisaslı gənc hərbi kadrların hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan Ümummilli Lider bu sahəni də daim diqqət mərkəzində saxlayırdı. Qeyd olunan məsələnin vacibliyini nəzərə alan müdrik rəhbər Heydər Əliyev hələ sovetlər dövründə milli kadrların, xüsusilə peşəkar hərbçilərin hazırlanması istiqamətində misilsiz işlər görürdü. O, azərbaycanlı gənclərin hərtərəfli formalaşması üçün onların ali təhsil, o cümlədən xaricdə təhsil almalarına xüsusi önəm verməklə yüzlərlə şəxsin müxtəlif dövlətlərin ali təhsil müəssisələrinə, həmçinin ali hərbi məktəblərinə qəbul olunmaları istiqamətində əməli tədbirlər həyata keçirirdi. Bununla da Ümummilli Liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul edilən gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesi sürətləndi.

Bildirilib ki, digər istiqamət isə ölkə daxilində milli təhsil müəssisələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Müttəfiq respublikalar arasında ilk dəfə və yalnız Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, Ulu Öndər buna nail oldu və məhz onun əzmi sayəsində 1971-ci il iyulun 19-da Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Həmin hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə rəvac verdi.

"Böyük şəxsiyyət Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar həyata keçirildi. Silahlı Qüvvələrin beynəlxalq əlaqələrinin genişləndirilməsini də hər zaman diqqətində saxlayan Ali Baş Komandan Heydər Əliyev onu müasirləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini, Şimali Atlantika Alyansının isə beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq, ölkəmizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması barədə qətiyyətli qərar verdi və 1994-cü il mayın 4-də Brüsseldə təşkilatın çərçivə sazişini imzaladı. Bundan sonra digər ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnilməklə, eləcə də hərb tariximizə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradılması prosesi başladı, həyata keçirilən mühüm tədbirlər sayəsində çağırış və səfərbərlik işi də xeyli təkmilləşdirildi, həmçinin hərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prinsipi bərqərar oldu. Bununla da, görülən işlər qısa zamanda bəhrəsini verdi və Azərbaycanın qüdrətli ordusu yaranmağa başladı", - deyə F.Əliyev diqqətə çatdırıb.

O deyib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu strategiyasını dövrün tələblərinə uyğun reallaşdıran Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşdı.

Bütün bunların nəticəsində 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan hərbçilərimiz düşmən üzərində parlaq qələbəmizi təmin etdi, hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

"İftixarla vurğulanmalıdır ki, uğurlarımızı şərtləndirən Ümummilli Lider Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin müdrikliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevan dəstəyi və millətimizin əzmkarlığı, eləcə də sarsılmaz xalq-iqtidar bağlılığıdır.

Qürurverici və sevindirici haldır ki, Ermənistanın Vətən müharibəsindən sonra ara-sıra törətdiyi növbəti təxribatlarının qarşısı qətiyyətlə alınır. Silahlı Qüvvələrimizin rəşadəti və hərbçilərimizin gücü bir daha sübut edir ki, Prezidentin dediyi kimi: "Dəmir yumruq yerindədir". Əminik ki, "Dəmir yumruq" dövlətimizə və xalqımıza qarşı təxribat törətmək istəyənləri hər zaman əzəcək", - deyə baş ədliyyə müşaviri qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1347   Tarix: 26 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr