Putinin "Vaqner"lə bağlı planı
Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı müharibə elan etmiş Yevgeni Priqojinin patronajlığı altındakı "Vaqner" muzdlularının bundan sonrakı taleyi maraq doğurur.
Priqojinin "qiyam" və ya "dövlət çevrilişi" cəhdi Kreml daxilindəki saray çəkişmələri təzahürlərini aydınlaşdıran motivləri üzə çıxardı, sonda isə o, Prezident Vladimir Putinə məğlub oldu.
Bu hadisələrin əhəmiyyətini başa düşmək üçün prosesə geniş Rusiya kontekstində, Kremlin mərkəzində davam edən gərginlik zamanı alət kimi baxmaq da lazımdır. Bununla belə, Priqojin Rusiyanın müasir siyasi tarixinin qiyamçı sərkərdəsi statusunu çiyinlərində daşıyır.
Çünki Priqojin tamaşası, səbəbindən asılı olmayaraq, rəsmi Moskvanın siyasəti üçün əngəllər yaradan faktor oldu.
Priqojinə hansı güzəşt və imtiyazlar təqdim edildiyi barədə hələ də geniş və konkret təsəvvürlər mövcud deyil, lakin bilinən budur ki, muzdluların "qiyamçı" lideri Belarusda mühacirətdədir.
Onun "Vaqner"ə liderlik edib-etməyəcəyi də sual doğurur, amma ümumilikdə özəl hərbi şirkətin onminlərlə döyüşçüsünün qismətinə nə düşəcəyi də paralel mükalimə mövzusudur.
"Vaqner" muzdluları Rusiyanın xaricdəki hərbi əməliyyatlarının həyati əhəmiyyətli orqanıdır, buna görə də onların ləğvi yox, sadəcə, vahid mərkəzə bağlanması Kreml üçün daha vacibdir.
Çünki "Vaqner" Kremlin Yaxın Şərq və Afrikada güc nümayiş etdirməsi, Suriya və Liviyada mövcudluğunu saxlaması üçün alternativdir.
Buna görə də proqnoz vermək olar ki, "Vaqner" Kremlin mübarizəsini davam etdirəcək, çünki bundan yaxşı variant nə "Vaqner"in özündə, nə də Moskvada mövcuddur.
Qısası, görünür ki, Priqojinin Rusiyaya qayıdıb-qayıtmamasından asılı olmayaraq, "Vaqner" hansısa formada döyüş qüvvəsi kimi qalacaq. Burada liderlik boşluğunun necə doldurulması az əhəmiyyət kəsb edir, çünki indi Kreml üçün lazım olan "Vaqner"in mövcudiyyətini saxlamasıdır – format olunmaq şərtilə.
Təzələnməyə ona görə ehtiyac yaranır ki, "Vaqner" Rusiyaya Ukraynadakı müharibəni davam etdirmək üçün effektiv, lakin siyasi cəhətdən laqeyd qoşun olduğunu sübut edib.
Bu laqeydliyin həmmüəllifi təkcə Priqojin də deyil, həm də "qiyam"a görə "Vaqner"in maliyyə və avadanlıqlar ehtiyaclarını ödəyən Rusiya Baş Kəşfiyyat İdarəsidir (QRU).
QRU bu zamana qədər "Vaqner" bölmələrindən qoruyucu kimi istifadə edərək onları öz qoşunları ilə birlikdə xarici ölkələrə yerləşdirib.
Görünür ki, "Vaqner" xaricdəki iştirakçılıqla yanaşı, Kremldəki fraksiyaların rəqabətini təqib edən atdır.
Putin "Vaqner"in təməlindəki Priqojin mərkəzli ideoloji əsasları dağıdıb yeni model qurmağa çalışacaq.
Çünki "qiyam"dakı narrativlər Kreml daxilindəki bir-birilə hakimiyyət uğrunda rəqabət aparan tərəflərin aynası kimi yadda qalır.
Putin indi aynada gördüklərinə uyğun hərəkətlər edərək "Vaqner"i Rusiya maraqlarının reallaşdırılması vasitəsi kimi inkişaf etdirəcək, eyni zamanda, öz hakimiyyətini qorumaq üsulunu özünə sadiq qüvvələrə etibar edəcək.
Putin xəyalındakı modeli qurmaq üçün "Vaqner" döyüşçülərini təqib etdirib onların əvəzləyicisini axtara bilər, Suriyadakı "Vaqner" komandirlərinin həbsi də belə deməyə əsas verir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2066 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nyu-Yorkda qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Qubernator Keti Hoklinin verdiyi sərəncama əsasən, Nyu-Yorkda qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edilib. xəbər verir ki, sərəncamda deyilir: "Nyu-York ştatının qubernatoru Keti Hokli davam edən qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan etdi". Qeyd olunur ki
6 oktyabrDünyanın sonu yaxınlaşır - Məşhur fizikin xəbərdarlığı gerçəkləşməyə başlayır
Bir vaxtlar elmi fantastika hesab edilən görkəmli alimin proqnozları gerçəkləşməyə başlayır. Bəşəriyyəti nə təhdid edir?. Məşhur britaniyalı fizik Stiven Hokinqin süni intellektin potensial riskləri barədə xəbərdarlığı bir daha ictimaiyyətin diqqətini cəlb edib. Sürətli texnoloji irəliləyişlər və sün
4 oktyabrNyu-Yorkda fövqəladə vəziyyət elan edildi
Nyu-York şəhəri qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edib. Qaynarinfo xəbər verir ki, bu barədə qubernator Keti Hoçul sərəncam verib. Qeyd olunur ki, bu il şəhərdə 108 xəstəlik hadisəsi qeydə alınıb. 15 iyuldan bəri 18 Nyu-York dairəsində 92 qızılca xəstəliyi aşkarlanıb. Bu arada, qonş
6 oktyabrİstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib
6 oktyabrÖzbəkistanda yeni qaz yatağı kəşf edilib
Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib. xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsind
5 oktyabrİspaniyada növbədənkənar seçki elan edildi
İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə
5 oktyabrEritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrABŞ son iki ayda İranın blokadasını pozan 13 gəmini məhv edib
ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ ordusu son 12 həftə ərzində blokadanı pozaraq İran limanlarına gedən və ya oradan çıxan 13 ticarət gəmisini məhv edib. xəbər verir ki, bəyanatda deyilir: "Son 12 həftə ərzində Mərkəzi Komandanlıq qüvvələri blokadanı poza
6 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabr