Özbəkistanda yeni qaz yatağı kəşf edilib
Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb.
Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsində 4860 metr dərinliyində 1 saylı axtarış quyusu qazılıb.
Oktyabrın 3-də sınaqlar zamanı 3273-3213 metr dərinlik intervalındakı Alt Yura çöküntülərindən sənaye əhəmiyyətli təbii qaz və kondensat axını əldə edilib.
Cari ilin sonunadək 2 saylı axtarış quyusunun qazılmasının başa çatdırılması, həmçinin 3 və 4 saylı axtarış-kəşfiyyat quyularının qazılmasına başlanılması planlaşdırılır.
Karatau sahəsində əldə olunan geoloji nəticələr Üstyurt regionunda dərin layların öyrənilməsi üzrə geoloji-kəşfiyyat işlərinin yeni perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 91 Tarix: 05 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Özbəkistanda yeni qaz yatağı kəşf edilib
Özbəkistanda Üstyurt regionunun mərkəzi hissəsində aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni "Karatau" qaz-kondensat yatağı kəşf edilib. xəbər verir ki, bu barədə "Özbəkneftqaz" məlumat yayıb. Qaraqalpaqstan Respublikasının Muynak rayonu ərazisində yerləşən Karatau sahəsind
5 oktyabrÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
4 oktyabrYəməndə hökumət qüvvələri husilərə qarşı genişmiqyaslı əməliyyata başladı
The Guardian yazır ki, Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökuməti ölkədə husilərin nəzarətində olan bütün əraziləri geri almaq məqsədilə yeni hərbi əməliyyata başlayıb. Qərar husilərin Taiz şəhərini hökumətin nəzarətində olan Ədənlə birləşdirən mühüm təchizat yolunu kəsməsindən sonra açıqlanıb
5 oktyabrAvropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb
Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb. "Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilə
5 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabr