Ötən il Azərbaycanda qeydə alınan yeni vərəm xəstələrinin sayı AÇIQLANDI
"Ötən il Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb".
"Report" xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı keçirilən multisektoral görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, keçən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunub:
"Ötən il həm ilkin, həm də təkrar xəstələr arasında 1 034 nəfər müalicəyə qoşulub. Vərəmlə xəstələnmə 28,4 faiz təşkil edib ki, onlardan 22,5 faizi ağciyər, 5,9 faizi isə ağciyərdənkənar vərəmdir. İlkin xəstələr arasında 75 faizə qədər vərəm mikrobakteriyası aşkarlayırıq, təkrar xəstələrdə bu rəqəm 93 faizə qədər təşkil edir".
İnstitut direktoru vurğulayıb ki, həmin müddətdə müalicə götürən vərəm xəstələri arasında 85 faizə qədər halda vərəm mikrobakteriyası aşkarlanıb:
"Təəssüf ki, dərmanadavamlı vərəm Azərbaycan üçün də problemdir. Bundan əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11,9, təkrar xəstələr arasında 22,6 faiz təşkil edib. Müalicə nəticələrinə gəlincə, hələ ki ÜST-nin qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmana davamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
100 yaşa qədər yaşamağın sirri bu İMİŞ
Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir. xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanların əhəmiyyətli hissəsi 100 yaşdan çox ömür sürür. Mütəxəssislər bunu əsasən təz
2 iyunAcqarına qəhvə içməyin orqanizmə görünməyən mənfi təsirləri açıqlandı
"Xüsusilə yuxusuzluq zamanı acqarına qəhvə içmək stres hormonu olan kortizolun səviyyəsini artırır. Bu isə sinir və ürək-damar sistemlərinə, eləcə də bütövlükdə orqanizmə mənfi təsir göstərir". xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq İnna Filatova nəşrinə açıqlamasında bildirib. Həki
2 iyunBu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR
Şirin və təzə görünən çiyələk bəzən gözlənilməz məyusluğa səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, mağazada diqqətdən yayınan kiçik bir detal həmin çiyələyi almaqdan imtina etmək üçün kifayət edir. bu riskləri təqdim edir:. Ən vacib xəbərdarlıq əlaməti. Mütəxəssislər bildirirlər ki, çiyələyi
14 iyunSubaylarda xərçəng riski daha yüksəkdir - Yeni ARAŞDIRMA
Yeni aparılan "Nikah və xərçəng riski" adlı genişmiqyaslı araşdırma göstərib ki, heç vaxt evli olmayan şəxslərdə əksər xərçəng növlərinə tutulma riski evli və ya əvvəllər evli olmuş insanlarla müqayisədə daha yüksəkdir. xarici KİV-ə istinadla bildirir ki, tədqiqat zamanı alimlər xərçəngə tutulm
21 iyunBağırsaq sağlamlığı üçün nə yemək lazımdır? - Ən faydalı 5 məhsul
Bağırsaqların vəziyyəti təkcə həzmə deyil, həm də immunitetə, metabolizmə və ümumi sağlamlığa birbaşa təsir göstərir. Mikrobiota balansını qorumağa probiotiklərlə zəngin qidalar kömək edir. Mütəxəssislər bağırsaq sağlamlığı üçün xüsusilə faydalı olan 5 probiotik məhsulu açıqlayıb. Qaynarinfo xəbər veri
1 iyunSəkkiz saat yatmaq həmişə faydalı deyil
Bir çox insan hesab edir ki, sağlam qalmaq üçün hər gecə mütləq səkkiz saat yatmaq lazımdır. Lakin həkimlər bildirirlər ki, yuxunun müddəti qədər onun hansı saatda başladığı da böyük əhəmiyyət daşıyır. xəbər verir ki, orqanizm üçün yalnız neçə saat yatmaq deyil, həm də nə vaxt yatmaq vacibdir. Əgər insa
21 iyunNiyə insanlar çox yeyir və bununla necə mübarizə aparmaq olar?
Həddindən artıq yemək bir çox insanın gündəlik həyatında qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, aclıq hissi insan orqanizminin əsas yaşamaq mexanizmlərindən biri olsa da, müasir dövrdə qida yalnız enerji mənbəyi deyil, həm də emosional və psixoloji ehtiyacların qarşılanma vasitəsinə çevrilib
11 iyunAlçanın bu xeyrini bilirdiniz?
Alça həm dadlı, həm də sağlamlıq üçün olduqca faydalı meyvələrdən biridir. Tərkibində bol miqdarda C vitamini, antioksidantlar, kalium və lif olduğu üçün orqanizmə bir çox müsbət təsir göstərir. xəbər verir ki, alça immun sistemini gücləndirməyə kömək edir və xüsusilə yaz-yay mövsümündə orqanizmin vitami
31 may