Nazim Bəydəmirli həbs olundu
Ötən gün saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
"Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.
Qərara əsasən, N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sabiq millət vəkili məhkəmədə özünü təqsirli bilmədiyini, verilmiş ittihamdan xəbərsiz olduğunu deyib.
Qeyd edək ki, eks-deputat Cinayət Məcəlləsinin 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Rəsmi məlumatda deyilir ki, N. Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb.
Qeyd edilib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2897 Tarix: 05 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib
6 oktyabrNyu-Yorkda qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Qubernator Keti Hoklinin verdiyi sərəncama əsasən, Nyu-Yorkda qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan edilib. xəbər verir ki, sərəncamda deyilir: "Nyu-York ştatının qubernatoru Keti Hokli davam edən qızılca epidemiyası səbəbindən fövqəladə vəziyyət elan etdi". Qeyd olunur ki
6 oktyabrBab əl-Məndəb uğrunda böyük döyüş: Yəmən qüvvələri hücuma keçdi
Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı ətrafında husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Euronews-a istinadən xəbər verir ki, əməliyyat zamanı Səudiyyə koalisiyasına məxsus təxminən 100 hərbi təyyarədən istifadə edildiy
6 oktyabrPolşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb. "Report" xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələr
6 oktyabrCənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib
Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah
5 oktyabrŞimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb. "Haber Global"a istinadən xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb. Bununla da qəza nəticəsində ölənlərin say
5 oktyabr