Ağcaqanad əleyhinə dərmanların bir çox fəsadları var - MÜTƏXƏSSİS RƏYİ

Ağcaqanad əleyhinə dərmanların bir çox fəsadları var - MÜTƏXƏSSİS RƏYİAğcaqanadlardan qorunmaq üçün fərqli maddələrdən istifadə olunur. Bu vasitələr əsasən 2 qismə bölünür. Birincisi yağlar, krem şəklində olan maddələr və spreylərdir. Hansı ki, dərinin açıq nahiyələrinə tətbiq edilir. İkincisi isə elektriklə işləyən cihazlardır.

Yayın gəlişi ilə hər il evimizə "sevimli" qonaqlarımız kimi ağcaqanadlar da təşrif buyururlar. İnsanlar onlardan qurtulmaq üçün fərqli üsullardan istifadə edir. Bu yollardan biri də dərmanlardır. Həm sprey, sulu aparat formasında, həm də yandırmaq üçün tabletə bənzəyən bu dərmanlar bizi ağcaqanadlardan qoruyur. Bəs əslində bu dərmanlar xilaskarımızdır, yoxsa sağlığımız üçün zərərli?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb.

Müharibələrdə də istifadə olunub

Allerqoloq Aytəkin Həsənzadə dedi ki, ağcaqanad dərmanları müxtəlif formalarda istifadə olunur: "Ağcaqanadları məhv etmək üçün istifadə olunan dərman vasitələrinin tərkibi formalarından asılı olmayaraq trietilamin tillomed adlanan kimyəvi molekullardan ibarətdir. Hansı ki, bu tərkibli dərmanlardan daha çox kənd təsərrüfatında zərərverici həşəratları məhv etmək üçün tətbiq edilir. Zərərli təsirləri çoxdur. Hətta bu maddədən müharibələrdə də istifadə olunub. Zərərli təsirləri müharibə bitdikdən sonra aşkarlanıb. Ona görə də, "Körfəz savaşı qalıntısı" əlamətləri kimi ədəbiyyatlarda qeyd edilir".

Dəri qıcıqlanması, kontakt dermatit, övrə...

A.Həsənzadə bildirdi ki, bu dərmanların otaqdakı təsiri günlərlə qalır: "Əlavə təsirlərə gəldikdə, həmin maddələr ilk olaraq tənəffüs yollarında qıcıqlandırıcı təsirə malikdir. Uzun müddət istifadə etdikdə hətta kanserogen təsir də göstərə bilər. Eyni zamanda, çox uzun müddət istifadə etdikdə insanlarda baş ağrıları, yuxusuzluq, halsızlıq, yaddaş pozuntusu əlamətləri müşahidə olunur. Dəriyə sprey formasında tətbiq edilənlərin də tərkibində eyni adlı maddə var. Bu maddə dəri qıcıqlanması, kontakt dermatit, övrə və s. yarada bilər. Bəzən insanlar fikirləşirlər ki, "dərmanı yandırım, bir müddət otaqda olan ağcaqanadlar ölsün, sonra pəncərəni açıb otağın havasını 1-2 saat dəyişərəm". Əslində 1-2 saat, hətta bütün gün ərzində otağı havalandırmaq belə, bu maddələrin təsirinin azalmasına şərait yaratmır. Yəni, zərərli havanın çox az bir hissəsi otaqdan təmizlənir".
Ən yaxşı qorunma təbii vasitələrdir

Allerqoloq bildirdi ki, ağcaqanadlardan ən yaxşı qorunma təbii vasitələrdir: "Bu zərərdən qaçmaq üçün təbii yağlardan istifadə etmək məsləhətdir. Otağımıza qoya, yaxud dərimizə sürtə bilərik. Bu, zərərvericilərin, həşəratların uzaq durmasına kömək edir. Hər hansı həssaslığımız mövcud deyilsə, ağcaqanad əleyhinə lavanda, qərənfil, rozmarin yağlarını rahatlıqla istifadə edə bilərik".

Sinir sistemlərimizə də təsir edir

Pulmonoloq Əsəd Beydullayevin sözlərinə görə, ağcaqanadlardan qorunmaq üçün hər il fərqli maddələr istifadə olunur: "Bunlar əsasən 2 hissəyə bölünür. Bir qismi yağlar, krem şəklində olan maddələr və spreylərdir. Dərinin açıq nahiyələrinə tətbiq edilir. İkincisi, cihazlardır. Hansı ki, elektrik şəbəkəsinə taxılır və xüsusi qoxular yayaraq ağcaqanadları bizdən uzaq tutmağa çalışır. Hər iki qoruyucunun tərkibində "n dietil meta toluamid" deyilən bir maddə var. Bu çox zərərlidir və istifadəsi zamanı yan təsirlərdən də qaçmaq olmur".

Ə.Beydullayev bildirdi ki, bu dərmanlar həm allergiya yarada, həm sinir sisteminə təsir edə bilər: "İstifadə olunan kremlər, losyonlar, spreylərin tərkibindəki zəhərli maddələr birbaşa dəriyə toxunduğu zaman allergiya, həssaslıq yaradır. Daha çox uşaqlarda istifadə edildiyi üçün ələ, əlin içinə, ağıza, gözlərinə dəyən zaman zəhərlənmə də mümkündür. Eyni zamanda, elektrikə qoşulan xüsusi maddələrin havaya buraxdığı buxar fərqli xəstəliklərin kəskinləşməsinə səbəb olur. Əgər insan astmadırsa, həssas tənəffüs yollarına malikdirsə, bu iylər xəstəliyin kəskinləşməsinə, xəstənin allergik, astmatik statusa keçməsinə təkan verir. Ən sadə halda öskürək yaradır. Kimyəvi maddələr ağcaqanadların sinir sistemində keçiriciliyi pozmaq yolu ilə problemə yol açır, yəni sinir sisteminə təsir edir. İnsanlarda da sinir sistemi zəif olsa, bu halları yaradır. Əgər bir insanda ciddi sinir problemləri, epilepsiya, beyinlə bağlı problem varsa, bu halların ağırlaşma ehtimalı da var". Mexaniki qorunmaya daha çox üstünlük verək "Mümkün olduğu qədər qapı-pəncərələrdə torlardan istifadə etmək lazımdır. Fərqli yağlar, limon, mixək. Bunları sınayıb hansı ağcaqanadları qaçırmaq üçün daha yaxşı təsir edirsə, ondan istifadə olunması məsləhətdir. Uşaqların yataqlarının ətrafına miçətkənlər çəkilsin. Uşaqlara uzun qollu libaslar geyindirmək, bədənin açıq sahələrinin az qalmasına çalışmaq lazımdır. Həyətyanı sahələrdə gölməçələr, su yığılan yerlər varsa, onların qurudulması yaxşı olardı. Mexaniki qorumaya daha çox üstünlük vermək lazımdır", - deyə həkim sonda bildirdi.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 947   Tarix: 09 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi

1 noyabr
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

25 oktyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25 oktyabr
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi

Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı

16 oktyabr
.

Hepatit B və C tam müalicə olunur? - Mütəxəssis danışdı

Virus hepatitləri qaraciyərin iltihabına səbəb olan və geniş yayılmış infeksion xəstəliklər sırasındadır. Xəstəliyin bəzi növləri kəskin formada keçsə də, hepatit B və C uzun müddət heç bir əlamət vermədən inkişaf edərək xroniki xarakter ala, qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı

1 noyabr