Türkiyəli ekspert: "15 iyulda dövlət çevrilişinə cəhd zamanı Azərbaycandan verilən dəstək minnətdarlıqla xatırlanır"

Türkiyəli ekspert: "15 iyulda dövlət çevrilişinə cəhd zamanı Azərbaycandan verilən dəstək minnətdarlıqla xatırlanır""15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı Türkiyəyə Azərbaycan rəhbərliyinin və xalqının verdiyi dəstək minnətdarlıqla xatırlanır".

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.

15 iyul 2016-cı ildə reallaşdırılmağa cəhd olunan xain planı Türkiyə tarixində "ən çətin sınaqlardan biri" adlandıran general-mayor deyib ki, Türkiyənin regionda və dünyada qlobal gücə çevrilməsindən narahat olan qüvvələr xaricdən dəstək verməklə ölkə daxilində iğtişaş yaradıb qədim türk dövlətini süquta uğratmağa çalışsalar da, bu səyləri baş tutmayıb: "Türkiyə xalq ordu və dövlət birliyi nəticəsində bu sınaqdan da uğurla çıxdı. Türk xalqı bir daha öz iradəsini, qətiyyətini, dövlətə, demokratiyaya sadiqliyini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Hər nə qədər bu xain plan Türkiyə iqtisadiyyatına mənfi təsir etsə də, dövlətimizi etibarsızlaşdırmaq, cəmiyyətdə qəzəb və iğtişaş yaratmaq cəhdləri uğursuz nəticə verdi".

SDİ rəhbəri hesab edir ki, bu xain planın bir daha təkrarlanmaması üçün dəqiq analizlər aparılmalı, bundan ibrət alınaraq təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Güray Alparın fikrincə, hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Azərbaycanın Türkiyəyə ən yüksək səviyyədə dəstək verməsi ənənəvi hal alıb: "7 ildir ənənəvi olaraq Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir. Əminəm ki, həmrəyliyimizi qoruyaraq sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını gələcək nəsillərə ötürməyə nail olacaq, strateji müttəfiqliyimizi bütün aspektlərdə inkişaf etdirərək daha da möhkəmləndirəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1084   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Ukraynaya növbəti zərbələr endirdi: ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla hücumlarını davam etdirir. Son hücumlar nəticəsində yaşayış binalarına və mülki infrastruktura zərər dəyib, ölən və yaralananlar barədə məlumat verilib. "Reuters" xəbər verir ki, Rusiyanın son hücumlarından biri Xarkov şəhərind

10 avqust
.

Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri

Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın

11 avqust
.

Özü qolf oynadı, raketlər onu qorudu - Video

ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə "AN/TWQ-1 Avenger" yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb. Məlumata görə, son günlərdə sosia

11 avqust
.

İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb

İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada general

9 avqust
.

İki minillik təslim olma ənənəsi: Ağ bayrağın arxasındakı sirr

Döyüş meydanlarında təslim olmağın və qarşıdurmanı dayandırmağın universal simvoluna çevrilən ağ bayrağın iki min ildən artıq tarixi var. Qədim Roma və Çin mənbələrində bu ənənəyə rast gəlinir. Əsgərlərin fövqəladə vəziyyətlərdə boyasız parçalara asanlıqla çıxış əldə edə bilməsi isə ağ bayrağın geni

11 avqust
.

Vens: İran Hörmüzdən keçid üçün ABŞ-dən ödəniş almağı planlaşdırmır

İran hökuməti ABŞ-yə Hörmüz boğazı üçün ödəniş müəyyən etməyi planlaşdırmır. "Report" xəbər verir ki, bu barədə Amerikanın Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bəyan edib. Onun sözlərinə görə, Vaşinqtonla Tehran arasında danışıqlar davam edir. "İra

9 avqust
.

Hörmüz böhranı Körfəz ölkələrinin zəifliyini üzə çıxardı

Hörmüz boğazında yaranan böhran Körfəz ölkələrinin enerji və ərzaq təhlükəsizliyi baxımından dəniz marşrutlarından nə qədər asılı olduğunu nümayiş etdirib. Boğazdan keçən gəmiçiliyin pozulması regionun yalnız neft ixracına deyil, gündəlik istehlak üçün zəruri məhsulların tədarükünə də ciddi risk yaradıb

10 avqust
.

Avropada anomal istilər və quraqlıq: Fermerlərə dəyən ziyan milyardlarla avro ilə ölçülür

Fransada anomal istilər, genişmiqyaslı yanğınlar və quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurub, nəticədə fermerlərə dəyən itkilərin kompensasiyası üçün milyardlarla avro tələb olunacaq. xəbər verir ki, bunu Fransanın ən böyük kənd təsərrüfatı həmkarlar ittifaqının rəhbəri Arno Russo "Franceinfo"

9 avqust
.

Macarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib

Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa"

9 avqust