Ərəb mediası Azərbaycan XİN-in bəyanatını dərc edib - FOTO

Ərəb mediası Azərbaycan XİN-in bəyanatını dərc edib - FOTOƏrəb ölkələrinin nüfuzlu "Ər-Riyad", "Əl-Bəyan", "Əl-Hürrə", "Aşarq", "Əl-Ğad", "Əl-Qahira" qəzet və portallarında "Azərbaycan Moskvanın Üçtərəfli Bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etmədiyini bəyan edib" sərlövhəli xəbər dərc ediblər.

AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı şərh olunub. Xəbərdə bəyanatdan sitat gətirilib:

"Rəsmi Bakı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsini və şərtləndirməsini qəbuledilməz hesab edib".

Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycanın xarici siyasət idarəsi Bakının 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəf və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifi olduğunu xatırladıb. XİN, həmçinin, bəyan edib ki, Azərbaycan tərəfi hazırda da sülh müqaviləsinin irəliləməsi istiqamətində əməli addımlar atır, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirir.
Sonda qeyd olunub ki, Azərbaycan XİN sözügedən Üçtərəfli Bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfinin bəyanatın bir çox müddəalarını yerinə yetirmədiyini və Rusiya tərəfinin öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etmədiyini vurğulayıb.
Ərəb mediası Azərbaycan XİN-in bəyanatını dərc edib - FOTOƏrəb mediası Azərbaycan XİN-in bəyanatını dərc edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1265   Tarix: 17 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını

11 oktyabr
.

ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər

Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs

11 oktyabr
.

ABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi

ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş

11 oktyabr
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11 oktyabr
.

Səudiyyə Ərəbistanında husilərin hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib

Səudiyyə Ərəbistanında Yəmən husilərinin Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücumlarından sonra yüzlərlə aviareys ləğv edilib. xəbər verir ki, bu barədə "Reuters" "Cirium" analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb. Şirkətin məlumatına görə, oktyabrı

12 oktyabr
.

FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib

ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib, əks halda, Vaşinqton Kiyevə mühüm kəşfiyyat məlumatları ötürməyəcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Financial Times" (FT) məlumat yayıb. Nəşrin məlumatına görə, cümə gün

11 oktyabr
.

Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək

Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl

11 oktyabr
.

Almaniya kəşfiyyatının sabiq rəhbəri ilə bağlı qalmaqal Polşa və Britaniyada narahatlıq doğurub

Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri August Hanninglə bağlı qalmaqal xarici tərəfdaşlar arasında narahatlığa səbəb olub və Almaniya xüsusi xidmət orqanlarına qarşı ciddi etimad böhranına gətirib çıxara bilər. "Report"un "Welt am Sonntag"a istinadən verdiyi məlumat

11 oktyabr
.

Britaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?

Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer

11 oktyabr