İsrail qüvvələri 15 fələstinlini saxlayıb
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 15 fələstinlini həbs edib.
Sonxeber.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edib.
Fələstinlilərin evlərinə edilən basqınlarda Hebronda 6, Cenində isə 4 nəfər saxlanılıb.
İsrail əsgərləri Yerixo şəhərindəki Aqaba Ceber və Ayn es-Sultan düşərgələrinə də basqın ediblər. Reyd zamanı əsgərlər həqiqi güllələrdən və səs-küylü qumbaraatanlardan istifadə ediblər.
Bir fələstinlinin yaralandığı basqında iki fələstinli nəzarətə alındı. Xəstəxanaya aparılan yaralı fələstinlinin vəziyyəti ilə bağlı hələlik açıqlama verilməyib.
İsrail qüvvələri səhər saatlarında işğal altındakı Şərqi Qüdsün şimalındakı Kalendiyada 1 nəfəri, Ramallahın şimalındakı Birzeit qəsəbəsində isə 2 nəfəri nəzarətə götürüb.
Reydlər zamanı əsgərlər evlərin qapılarını sındırıb, əşyalara ziyan vurub, park edilmiş avtomobillərin şüşələrini sındırıblar.
İsrail ordusu Daxili Kəşfiyyat İdarəsi Şin-Bet (Şabak) ilə birgə həyata keçirilən basqınlarda İordan çayının qərb sahilində axtarışda olan 15 nəfərin saxlanıldığını açıqlayıb.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə iki gündən bir fərqli nöqtələrə basqın edən İsrail qüvvələri, müxtəlif ittihamlarla fələstinliləri nəzarətə götürür. Basqınlara reaksiya verən Fələstin sakinləri ilə İsrail əsgərləri arasında insidentlər yaşanır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 934 Tarix: 17 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb
Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi
11 avqustPrezident ordunu ayağa qaldırdı - Fövqəladə vəziyyət elan olundu
Kolumbiyada baş verən dəhşətli zəlzələdən sonra ölkə miqyasında milli fəlakət vəziyyəti elan edilib. "Qafqazinfo" "Caracol" televiziya kanalına istinadən xəbər verir ki, bu barədə qərar dövlət rəhbərliyi tərəfindən qəbul olunub. Prezident Abelardo de la Espriella keçirilən təcil
11 avqustAkın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb. O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı
9 avqustRusiya Ukraynaya növbəti zərbələr endirdi: ölən və yaralananlar var
Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla hücumlarını davam etdirir. Son hücumlar nəticəsində yaşayış binalarına və mülki infrastruktura zərər dəyib, ölən və yaralananlar barədə məlumat verilib. "Reuters" xəbər verir ki, Rusiyanın son hücumlarından biri Xarkov şəhərind
10 avqustÖzü qolf oynadı, raketlər onu qorudu - Video
ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə "AN/TWQ-1 Avenger" yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb. Məlumata görə, son günlərdə sosia
11 avqust