Qara Qarayev 12 il sonra "Qarabağ"dan ayrılır - VİDEO
Qara Qarayev növbəti mövsümə "Qarabağ"da başlamayacaq.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Ağdam klubunu tərk etməklə bağlı qərarını qətiləşdirib.
Qarayev komandadakı mövqeyindən narazıdır. Yarımmüdafiəçi anlayır ki, Patrik Andradenin qayıtmasından sonra onsuz da az olan oyun vaxtı bir qədər də azalacaq.
Hazırda Qurban Qurbanov mərkəz xətdə Julio Romao, Marko Yankoviç, Leandro Andrade kimi adlara üstünlük verir. Üstəlik Yassin Benziya formaya düşüb və start heyət üzvünə çevrilib. Yaxın zamanda Patrik Andrade formasını bərpa edib əsas heyət uğrunda rəqabət aparacaq. Qurbanovun əlində Riçard Almeyda variantı da var.
Buna görə Qarayev üçün oynamaq şansı xeyli azalıb. Digər tərəfdən, Ağdam klubundan onun üçün nəzərdə tutulan yeni müqavilədə məvacibinin azaldılması planlaşdırılıb.
Qarayevin Premyer Liqanın digər klublarından daha sərfəli iki təklifi var. O, yaxın günlərdə son qərarını verəcək.
"Qarabağ"ın yetirməsi olan Qarayev 2011-ci ildən Ağdam klubunun əsas komandasında çıxış edir. 12 il ərzində doqquz dəfə Azərbaycan çempionu olan yarımmüdafiəçi bu mövsüm Çempionlar Liqasında Cəbəllüttariqin "Linkoln" klubuna qarşı I təsnifat mərhələsi oyunlarında (2:1, 4:0) cəmi üç dəqiqə meydanda olub və bir məhsuldar ötürmə edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1117 Tarix: 21 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların
19 oktyabrİtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib
Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr
24 oktyabrÇempionlar Liqası: "Sabah" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II turunda Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda
20 oktyabrBu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Misli Premyer Liqasının VII turunda bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Qaynarinfo xəbər verir ki, Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Rəqibindən bir oyun az keçirən olan Ağdam təmsilçisi cari mövsümdə "Sabah"la birgə məğlu
17 oktyabrQılıncoynatma üzrə Bakı şəhər açıq birinciliyinin qalibləri bəlli olub
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Bu barədə -a Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zallarında Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhə
12 oktyabr"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile
19 oktyabrRonaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17 oktyabr