"Atamı hər an edam edə bilərlər"
İranda həbsdə olan atası ilə iki ildir telefonla danışa bilməyən İran əsilli alman vətəndaşı Qazel Şahmərd atasının həyatına görə narahatdır.
İran əsilli alman vətəndaşı Cəmşid Şahmərd üç il əvvəl Dubayda işgüzar səfərdə olduğu vaxt zorla tutularaq İran həbsxanasına aparılıb. Ötən ilin fevralında isə İran hökuməti tərəfindən edama məhkum edilib.
İkili vətəndaşlığa malik C.Şahmərd ictimai şəkildə İran hökumətinə qarşı çıxdıqdan sonra molla rejiminin hədəfinə çevrilib. İran hökuməti onu ABŞ, Böyük Britaniya və Almaniya üçün casusluqda, çoxlu sayda terror hücumlarında ittiham edir. İran hökumətinin ittihamları Almaniya və Aİ siyasətçiləri tərəfindən əsassız və boş adlandırılıb. Cəmşid Şahmərdin həbsi "Amnesty International" tərəfindən də qınanılıb.
Üç ildir dünyadan təcrid edilərək təkadamlıq kamerada saxlanılan Cəmşid Şahmərdin qızı atasına həbsxanada əziyyət verildiyini iddia edir. Parkinson xəstəliyindən əziyyət çəkən kişiyə dərmanları vaxtlı-vaxtlı verilmədiyindən o düzgün şəkildə danışa və yeriyə bilmir, ağzında dişləri belə tökülüb - qızı bunun yaxşı qidalanmama və ya işgəncələrin nəticəsi olduğunu deyir.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının ötən ay yaydığı hesabatda ölkədə edamların rekord həddə çatdığı görünüb. Hesabata görə, bu ilin ilk 5 ayı ərzində İranda edamların sayı 307 nəfər olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.
Trend.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1128 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SEPAH Hörmüz boğazında tankeri vuracağı ilə hədələyib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən tankerə zərbə endirməklə hədələyib. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb. Bildirilib ki, hadisə Omanın Xəsəb şəhərindən 11 dəniz mili şimalda baş verib. Hörmüz boğazında
5 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabrAvropa Komissiyası Moldovaya 150 milyon avrodan çox vəsait ayırıb
Avropa Komissiyası Moldovaya islahatlarla bağlı 18 öhdəliyi yerinə yetirdikdən sonra inkişaf planı çərçivəsində ölkəyə 157 milyon avro maliyyə dəstəyi ayırıb. "Report" Moldova mediasına istinadən xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Brüsseldə keçirilə
5 oktyabrFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
5 oktyabrDünyanın sonu yaxınlaşır - Məşhur fizikin xəbərdarlığı gerçəkləşməyə başlayır
Bir vaxtlar elmi fantastika hesab edilən görkəmli alimin proqnozları gerçəkləşməyə başlayır. Bəşəriyyəti nə təhdid edir?. Məşhur britaniyalı fizik Stiven Hokinqin süni intellektin potensial riskləri barədə xəbərdarlığı bir daha ictimaiyyətin diqqətini cəlb edib. Sürətli texnoloji irəliləyişlər və sün
4 oktyabrABŞ bombardmançılarını Britaniyadakı bazadan çıxardı
ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı əməliyyatlarda istifadə olunan Britaniyadakı RAF Fairford bazasından B-1 və B-52 bombardmançılarını geri çəkib. CNN-ə istinadən xəbər verir ki, bu qərar bazaya qarşı ehtimal olunan terror planı ilə bağlı araşdırmadan sonra verilib. Pentaqon təyyarələrin ABŞ-dakı bazalar
5 oktyabr