Vardanyandan sərsəmləmə: "Qarabağ, Rusiya və Azərbaycan arasında üçtərəfli saziş imzalansın"

Vardanyandan sərsəmləmə: "Qarabağ, Rusiya və Azərbaycan arasında üçtərəfli saziş imzalansın"Qarabağda baş verən son hadisələr, keçirilən etiraz aksiyaları mahiyyət etibarı ilə fiaskoya uğramış cəhddir. Bunu artıq ermənilərin özləri də təsdiq edirlər.

Bölgədə yaşayan ermənilərin baş verənlərə laqeyd münasibəti, habelə gün keçdikcə bu addımların heç bir nəticə vermədiyini müşahidə etmələri zaman içində prosesi nəticəsiz başa çatacağını deməyə əsas verir.

Lakin bölgədəki erməniləri girov saxlayan, onları öz maraqlarını qurban vermək istəyən separatçılar bunun üçün bütün iyrəncliklərə baş vurmaqdan da çəkinmirlər. Məsələn, onlar yerli sakinləri təhdid edir, qorxudurlar. Azərbaycanla əlaqələrini qurulmasının tərəfdarı olan erməniləri isə həbs edib, işgənclər verirlər. Hərçənd bu da əbəs hərəkətdir. Çünki uzun müddət belə davam edə bilməyəcək.

Amma son günlər Qarabağdakı separatçıların təkliflərlə çıxış etməsi də müşahidə olunur. Ötən gün Samvel Babayan bildirmişdi ki, Azərbaycandan ərzaq alınmasına qarşı çıxmaq olmaz və bununla razılaşmaq lazımdır. Həmçinin o, Bakı ilə danışıqların tərəfdarı olduğunu da dilə gətirmişdi.

Bu gün isə Rusiyanın bölgədəki kuklası Ruben Vardanyan təkliflərlə çıxış edib. Daha doğrusu, Kremlə arxalanan sadiq köpək bir sürü sərsəmləmə yazaraq, təqdim edib.

O özünün Facebook hesabında yazıb ki, Qarabağdakı separatçılar bir sıra addımlar atmalıdırlar. Məsələn, onun təklifinə görə, Ermənistan və Azərbaycan arasında son beş il ərzində aparılan danışıqların stenoqramını İrəvan hakimiyyətindən tələb etmək lazımdır.

Daha sonra isə bir qədər də irəli gedərək, "Qarabağ xalqı"nın razılığı olmadan qondarma "dqr"ın adından hər hansı sənədin imzalanmasına imkan verməməyi dilə gətirib. "Paralel olaraq, Ermənistan Respublikası ilə münasibətlərin hazırkı vəziyyətini aydınlaşdırmaq da lazımdır".

Vardanyan qeyd edir ki, Bakı ilə Xankəndi arasında danışıqların formatı, üçüncü tərəf, iştirakçılar, gündəm və keçirilmə yeri ilə bağlı məsələləri dəqiqləşdirmək zərurəti var. O həmçinin Ermənistan hakimiyyətinin "Hayakve" təşəbbüsünü dəstəklədiyini rəsmən elan etməsini də tələb edib.

Rusiyanın kuklası bütün bunların fonunda əsl niyyətini, habelə Kremlin istəyini də dilə gətirib. Məsələn, o deyir ki, qondarma "dqr", Rusiya və Azərbaycan arasında yeni üçtərəfli sazişin imzalanması tələb edilməlidir. Həmçinin Qarabağdakı separatçıların "müstəqilliyi"nin tanınması üçün prosesi aktivləşdirmək lazımdır.

Aydın məsələdir ki, bütün bunlar təkcə Vardanyanın beyninin məhsulu deyil. Şübhəsiz ki, bu təklifləri ona diqtə edən tərəf Rusiyadır. Çünki bütün təklif olunanlar hamısı Rusiyanın maraqlarına cavab verir. Bu Kremlin bölgədə qalmasını şərtləndirən faktorlardır.

Lakin Vardanyan hələ də qanmır ki, "dağlıq qarabağ respublikası" deyilən bir şey yoxdur, subyekt mövcud deyil. Üstəlik, Azərbaycan heç bir şəkildə Qarabağı və orada mənzillənmiş terrorçu ünsürləri tərəf kimi tanımayacaq. Əgər belə bir niyyəti olsaydı, 30 il ərzində bir dəfə də olsun bu istiqamətdə addım atardı. Ona görə də, Vardanyanın "üçtərəfli saziş" sarsaqlaması bir işə yaramayacaq. Bunu Azərbaycan heç vaxt etməyəcək. Əgər edərsə, Qarabağdakı erməniləri tərəf olaraq tanımış sayılacaq ki, bu da Qarabağın Azərbaycana məxsus olmamasının göstəricisi deməkdir.

Qaldı Rusiyaya, onların Qarabağda nə etmək istədikləri aydındır. Ötən gün Zaxarovanın verdiyi açıqlamadan da aydın görünür ki, Moskva Qarabağda, Azərbaycan torpağında hərbi varlığını qorumaq üçün bütün təxribatlara əl atacaq. Amma bütün bunların da heç bir faydası olmayacaq. Çünki ruslar Azərbaycandan getməlidir, vəssalam. Qarabağ isə Azərbaycanın daxili işidir. Onu da lazım olacaq, danışıqlar yolu, lazım gələcəksə, antiterror əməliyyatları ilə nizamlanacaq.

Jamaz.info


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 877   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər

BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

5 oktyabr
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

4 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

5 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

5 oktyabr