Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib.
Bağçalı 2009-cu il oktyabrın 3-də "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin türk dünyasında çoxtərəfli əməkdaşlığın institusional əsaslarının formalaşması baxımından mühüm dönüş nöqtəsi olduğunu bildirib.
O qeyd edib ki, 2021-ci ildə şuranın adının Türk Dövlətləri Təşkilatı (TDT) olaraq dəyişdirilməsi ilə türk dünyasındakı əməkdaşlıq daha geniş institusional xarakter alıb.
"Bu gün TDT dövlətlərinin ortaq məsələlərini məsləhətləşmə, həmrəylik və əməkdaşlıq anlayışı çərçivəsində müzakirə edən, siyasi, iqtisadi, mədəni və strateji sahələrdə əlaqələrin inkişafına töhfə verən mühüm beynəlxalq təşkilat kimi fəaliyyətini davam etdirir. Türk dünyasının gələcəyi tarixi yaddaşın qorunması, mədəni əlaqələrin gücləndirilməsi və malik olduğumuz ortaq irsin elm, texnologiya, iqtisadiyyat, təhsil və diplomatiya sahələrində konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq", - MHP lideri vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 260 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
Amerikalı alimlər adi üz fotosu əsasında onkoloji xəstələrdə ölüm riskini və sağqalma ehtimalını qiymətləndirə bilən süni intellekt sistemi hazırlayıblar. xarici KİV-ə istinadən xəbər verir ki, alimlər FAHR-FaceSurvival adlı eksperimental süni intellekt modeli yaradıblar. Bu sistem xəstənin üz fotosun
8 noyabrAlmaniyada Prezident postuna əsas namizəd bəlli oldu
Almaniya kansleri və Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Bavariya parlamentinin sədri İlze Ayqerin Almaniya prezidenti postuna namizədliyini dəstəkləyib. Bizim.Media "Tagesspiegel" nəşrinə istinadən xəbər verir ki, Merts bu qərarını Berlində CDU nümayəndələri ilə keçirilə
9 noyabrAntalyada COP-31-in açılış mərasimi olub - FOTO
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı - COP31 bu gün öz işinə başlayıb. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, konfransın rəsmi açılış mərasimi keçirililib. Gün ərzində iqlim maliyyələşdirilməsi, texniki dəstək, iqli
9 noyabrUkraynada müharibədə 400 mindən çox rusiyalı həlak olub
Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanmasından bəri 400 mindən çox rusiyalı hərbçi həlak olub. xəbər verir ki, bu barədə Rusiyanın dövlət statistika agentliyi Rosstatdan sızdırılmış məlumatda bildirilib. Məlumatlar Belarus müxalifəti ilə əlaqəli "Cyber Partisans" haker qrupu və Ukraynanı
10 noyabrRusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş
Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni
10 noyabrİzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İzmirin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində həyatını itirən işçilərin sayı 18-ə yüksəlib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay bildirib ki, bir işçinin meyitini hələ d
10 noyabrKanada İranın 11 qurumuna qarşı sanksiyalar tətbiq etdi
Bu gün Kanada Xarici İşlər Nazirliyi İranın 11 qurumuna qarşı əvvəllər ləğv edilmiş sanksiyaların yenidən qüvvəyə mindiyini açıqlayıb. Bizim.Media Azad İran Teleqram kanalına istinadən xəbər verir ki, məlumata görə, sözügedən qurumlar 2016-cı ildə İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyə
10 noyabrTramp respublikaçı Tomas Massini "tam uğursuz" adlandırıb
ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin öz impiçmenti təşəbbüsü ilə bağlı çıxışını şərh edərkən konqresmen Tomas Massini "tam uğursuz" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social"da yazıb. "Pit Heqset narazı, qəzəbli və məğlub olmuş, tam uğursu
10 noyabr