Ermənistanın "qırmızı xətti": Paşinyan nəyə eyham vurdu?

Ermənistanın "qırmızı xətti": Paşinyan nəyə eyham vurdu?"Ermənistanın niyyəti bəllidir. Xüsusilə də 44 günlük savaşdan sonra İrəvan özünün düşdüyü ağır durumda və ağır şərtlər altında sülh prosesinin davam etməsini və sülh müqaviləsinin bağlanmasını istəmir. Ermənistan özünün xaricdə olan havadarlarının və böyük dövlətlərin təşviqi ilə prosesi hansısa bir müddətə qədər uzatmaq, bölgədə yeni geopolitik dəyişiklər və reallıqlar yaranana qədər gözləmək istəyir".

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Ermənistan Baş naziri Nikol Paşinyanın "France-Presse" qəzetinə verdiyi müsahibəsinə toxunub.

Baş nazir müsahibəsində İrəvanın "qırmızı xətləri"ni Ermənistanın ərazi bütövlüyü və suverenliyi, eləcə də "Dağlıq Qarabağ"ın hüquq və təhlükəsizliyi olduğunu bildirib.

Öz növbəsində, O.Qasımov söyləyib ki, buna görə də Ermənistan müxtəlif maddələri ortaya atır, eləcə də proses bəzi terminlərlə manipulyasiya edilir:

"Bu Ermənistanın niyyətidir və dəfələrlə söylənilib. Xüsusilə də Brüssel görüşündən sonra sülh prosesi ilə bağlı müəyyən addımların atıldığı və tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması ilə əlaqədar verilən bəyanatlar müəyyən ümidlər yaradırdı. Hətta Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Brüssel görüşündən sonra verdiyi bəyanat və orada ölkələrin ərazi bütövlüyü ilə bağlı mövqelərində qəti olduqlarını bildirməsi maraqlı və olduqca ümidverici bir amil idi".

Analitikə görə, Ermənistan tərəfi "qırmızı xətlər" deyərkən burada Ermənistanın beynəlxalq hüquqla təsbit olunmuş sərhədləridir ki, bunu da anlamaq olar.:

"O ki qaldı Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi, hansısa "blokada" haqqında söylədiyi hədyanlar, Azərbaycana qarşı beynəlxalq təbliğat şousu və basqıları artırmaq üçün ortaya atılan məsələlərə, əlbəttə ki, bu mövqe prosesi gərginləşdirir. Bu, sülh prosesini yubatmağa hesablanmış bir addımdır. Çünki Azərbaycan dəfələrlə qəti şəkildə bildirib ki, Qarabağda yaşayan ermənilərin məsələsi Azərbaycanın daxili işidir və Azərbaycan orada yaşayan insanların bütün hüquq və təhlükəsizliyinin təmin ediləcəyini bəyan edib. Hətta Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə dünən Şuşada bunu səsləndirdi. Haqlı olaraq məsələ bu cür qoyulur ki, Qarabağda yaşayan 25-30 min nəfər erməninin Azərbaycanda yaşayan digər etnik azlıqlardan heç bir ayrıca üstünlüyü yoxdur və ola bilməz. Azərbaycanda yaşayan hər bir ölkə vətəndaşı bu ölkənin tamhüquqlu vətəndaşıdır və ona verilən konstitusion hüquqlardan sərbəst şəkildə istifadə etmək hüququna malikdir".

Analitik əlavə edib ki, bu baxımdan, Ermənistanın hər dəfə bu məsələləri gündəmə gətirməsi prosesi uzatmağa yönəlib:

"Çünki Ermənistanın Azərbaycanın ortaya qoyduğu 5 maddəlik sülh təklifinə hansısa bir düzəliş, yaxud əlavələr etməyə imkanı yoxdur. Hətta buna qarşı daha konstruktiv bir təklif belə verməyib. İrəvan sadəcə olaraq prosesi uzatmaq, hazırkı status-kvonu davam etdirmək üçün Qarabağ erməniləri məsələsini ortaya atır ki, bu da bir başa Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bu, qəbul edilə bilməz və Ermənistan həddini bilməlidir".

"Dövlət başçısı dünən bildirdi ki, əgər proseslər normal şəkildə gedərsə və Ermənistan konstruktiv davranarsa, onda ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasına ümid etmək olar. Amma bu, olmayacaqsa, bölgədə gərginlik davam edəcək. Bunun, əlbəttə ki, bölgə ölkələrinə, xüsusən də Ermənistanın özünə ciddi zərəri dəyəcək ki, ermənilər də bunu bilməlidir. Ermənistan Azərbaycanın daxili işlərinə burun soxmaqdan əl çəkməlidir. Xüsusən də Azərbaycan ərazilərindəki hərbi birləşmələrinin çıxarılmasını təmin etməli və Qarabağdakı hərbi xuntaya maliyyə yardımı göstərməyi dayandırmalıdır. Bunlar Azərbaycan ərazilərini işğal altında saxlamaq cəhdləridir ki, bunlardan ən çox ziyan görən İrəvan olacaq", – fikirlərini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 624   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər

BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

5 oktyabr
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

4 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

5 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

5 oktyabr