Paşinyan Köçəryanı belə zərərsizləşdirir

Paşinyan Köçəryanı belə zərərsizləşdirirErmənistanın hazırkı baş naziri Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında ziddiyyətin kökü uzun müddətə dayanır. Bu ziddiyyət Ermənistan erməniləri ilə Qarabağ klanı arasında uzun illər davam edən qarşıdurmanın təzahürüdür. 2018-ci ildə Paşinyan Qarabağ klanının sonuncu üzvü Serj Sarqsyanı hakimiyyətdən uzaqlaşdıra bildi.

Bununla da, Qarabağ klanının quldurlarına qarşı "səlib yürüşü"nə start verildi. Baş nazir ilk olaraq 2008-ci il hadisələrinə görə Robert Köçəryana qarşı cinayət işinin açılmasına müvəffəq oldu. Bundan sonra da, onu danışıqları dalana salmaqda ittiham etməyə başladı. Eyni zamanda, konstitusiyanın tələblərindən yan keçərək prezident seçkilərinə getdiyi üçün Köçəryanın ölkə prezidenti kimi legitimliyini şübhə altına aldı. Çünki de-fakto və de-yure Köçəryan Qarabağ ermənisidir və pasportunda Azərbaycan SSR vətəndaşlığı var. Paşinyanın Köçəryana qarşı başlatdığı "səlib yürüşü"ndə ikinciyə yaxın olan 200-dən çox insan zərər çəkib. Bəziləri işdən atılıb, bəziləri həbs edilib, bəziləri isə ölkədən qaçıb. Bu iki tərəf arasındakı ziddiyyət həm də məhkəmə və idarəetmə orqanları arasında mübarizəyə çevrilib.

Konstitusiya quruluşunu devirmə və rüşvət ittihamı

2018-ci ilin iyul ayında Robert Köçəryan ölkədə konstitusiya quruluşunu devirmək və 3 milyon dollar dəyərində rüşvət almaqda ittiham edilərək həbs edilib. 13 avqustda apellyasiya məhkəməsi Köçəryanı azadlığa buraxsa da, dekabr ayında o, yenidən saxlanılıb. Nəhayət, 2019-cu ildə Köçəryan azadlığa buraxılıb və bu səbəbdən Nikol Paşinyan ölkənin ədliyyə sistemini və Dağlıq Qarabağın tanınmamış rəhbərliyini özünə və hökumətinə qarşı sui-qəsddə ittiham edib. Azadlığa çıxan Köçəryan aktiv siyasətə qayıtmaq qərarına gəlib. Bu məsələdə Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluq münasibətlərinə güvənən Robert yenidən hakimiyyətə gəlməyi hədəfləsə də, arzusuna nail ola bilmir. Hətta, 2019-cu ildə Ermənistanda keçirilən forumda iştirak üçün İrəvana rəsmi səfər edən Putinin Köçəryanla görüşü də ikincinin hakimiyyət arzusuna kömək etməyib.

Ermənistan seçicisi keçmiş prezidenti sevmir

Tərəflər arasında mübarizə 2021-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində yenidən şiddətləndi. Özünü keçmiş qvardiyanın lideri sayan Köçəryan parlament seçkilərində qələbə qazanmağı və yenidən hakimiyyətə qayıtmağı hədəfləsə də, buna nail ola bilmədi. Çünki onun arxasında mənfi emosiyaların izi var və bu, müxtəlif səbəblərdən davam edirdi. Hakimiyyət isə ustalıqla bu məsələdən istifadə etdi. Bununla belə, Köçəryan siyasətdə aktiv qalmağa cəhd edir, müntəzəm olaraq Paşinyanı müharibədə məğlubiyyətə görə tənqid edir. Bəzi dairələr isə Roberti Nikola rəqib sayırlar. Bu, Paşinyanın və komandasının diqqətindən yayınmır.

Robert yenidən hakimiyyət sevdasına düşüb

Son aylar Ermənistanı bürüyən etirazlar fonunda Köçəryan yenidən aktivləşməyə cəhd edir. Artıq mətbuat səhifələrində ara-sıra açıqlamalar verən Robert yenidən hakimiyyət sevdasına düşdüyünü etiraf etməkdən belə çəkinmir. Eks-prezident danışıqların səhv getdiyi, Ermənistanın, guya, yeni müharibədə qalib gələ biləcəyi ilə bağlı sərsəm açıqlamalar verir. Bununla özünə yeni elektorat toplamağı hədəfləyən Köçəryanın hansı dairələrdən güc aldığı da məlumdur. Əsasən, Rusiyadan "qidalanan" Ermənistanın ikinci prezidentinin diaspor və kilsə ilə də münasibətlərinin yaxşı olduğu məlumdur. Hətta kilsənin Köçəryanı ölkədən qaçırtmaq, sonradan lider kimi Ermənistana qaytarmaq kimi bir planının olması da faktdır.

Yenidən həbs rıçağından istifadə qərarı verilib

Bütün bunların Paşinyanın nəzərindən qaçması mümkün deyil. Son dövrlər Köçəryanın aktivliyi, müxalif dairələrin baş naziri istefaya səsləməsi, onun postuna "göz dikməsi" fonunda Paşinyan yenidən həbs rıçağından istifadə etməyə qərar verib. Məhz bu səbəbdən, Brüssel görüşü ərəfəsində, yəni 14 iyul tarixində Köçəryan və ailəsinin yeddi üzvünə məxsus əmlak barədə məhkəmə tərəfindən qərar verilib. Araşdırmanın ilkin nəticələrinə görə, qanunsuz hesab edilən və müsadirə olunması barədə qərar qəbul edilən əmlakların siyahısı belədir: - əsasən, İrəvanın Kentron rayonunda yerləşən binalarda 20 daşınmaz əmlak, - 2 nəqliyyat vasitəsi - 1,5 milyon dollardan artıq depozitlər və qiymətli kağızlar, - fiziki və hüquqi şəxslərə verilən təqribən 10 milyard dram (26 milyon dollara yaxın) məbləğində kreditlər, - 22 milyard dram (demək olar ki, 57 milyon ABŞ dolları) qeyri-qanuni mənşəli vəsaitlər, xərclənmiş digər naməlum vəsaitlər. Görünən odur ki, Paşinyan bu addımı ilə Roberti uzunmüddətli "istirahətə" göndərmək, maliyyə resurslarından məhrum etmək niyyəti güdür. Bununla da, baş nazir ən güclü rəqibini və Qarabağ klanının liderini neytrallaşdırmaq, hakimiyyətini qorumaq istəyir... ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 765   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hind okeanında yeni köpəkbalığı növü kəşf edilib

Okean planetin səthinin böyük hissəsini əhatə edir və inanılmaz sayda növə ev sahibliyi edir ki, bunlardan bəziləri hələ də elmə məlum deyil. xəbər verir ki, Mavriki sahillərində cənub-qərbi Hind okeanının dərin sularında tamamilə yeni bir işıq saçan köpəkbalığı növü kəşf edilib. Yeni növə köpəkbalığını

6 oktyabr
.

Dünyanın sonu yaxınlaşır - Məşhur fizikin xəbərdarlığı gerçəkləşməyə başlayır

Bir vaxtlar elmi fantastika hesab edilən görkəmli alimin proqnozları gerçəkləşməyə başlayır. Bəşəriyyəti nə təhdid edir?. Məşhur britaniyalı fizik Stiven Hokinqin süni intellektin potensial riskləri barədə xəbərdarlığı bir daha ictimaiyyətin diqqətini cəlb edib. Sürətli texnoloji irəliləyişlər və sün

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

4 oktyabr
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

4 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

İspaniyada növbədənkənar seçki elan edildi

İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə

5 oktyabr
.

Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib

Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah

5 oktyabr