Orta Dəhlizin ƏHƏMİYYƏTİ ARTIR – Türk dünyasının iqtisadi inteqrasiyasında YENİ DÖNƏM

Orta Dəhlizin ƏHƏMİYYƏTİ ARTIR – Türk dünyasının iqtisadi inteqrasiyasında YENİ DÖNƏMOrta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib.

Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.

Rusiya-Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində effektivliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.

Müharibə başlayandan Orta dəhlizin yükdaşıma və nəqliyyat-logistika həcmində ciddi artım baş verib. Belə ki, 2022-ci ildə Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Xəzər dənizi üzərindən 1,5 milyon ton yük daşınıb. Təkcə Azərbaycan seqmenti üzrə bu ilin 6 ayı ərzində Orta Dəhlizdə yükdaşımaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə və yaxud 77,2 faiz artaraq 1 milyon 325 min ton təşkil edib.

Qeyd edək ki, ötən həftə Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan baş naziri Abdulla Aripov azərbaycanlı həmkarı Əli Əsədov ilə görüşdü.

Tərəflər arasnda gedən müzakirələrdə, iki ölkə arasında bir çox sahələrdə, eləcə də iqtisadi, nəqliyyat, logistika, idxal-ixrac kimi münasibətlərin inkişafından danışılıb. Həmçinin, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın perspektivlərini müsbət qiymətləndirilib və Orta Dəhlizin əhəmiyyəti xüsusi qeyd olundu.
Orta Dəhliz həmçinin, böyük Türk Dünyasını iqtisadi cəhətdən bir-birinə bağlamaq üçün, Turan birliyinin formalaşmasında mühüm əhəmiyyətə malikdir.

"Ölkəmiz bu nəqliyyat maşrutunun reallaşmasına töhfə verir"

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən millət vəkili Vüqar Bayramov, ölkəmizin bu nəqliyyat maşrutunun reallaşmasına töhfə verən və dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Ukraynada baş verən müharibədən sonra bu dəhlizə marağın daha da artdığını deyən deputatın sözlərinə görə, xüsusilə də Qərb və Avropa bu dəhlizə ciddi diqqət ayırmağa başlayıblar:

"Bu gün təkcə Çin və region ölkələri deyil, Avropa İttifaqı üçün də prioritetliyini artırıb. Hazırda şimalda Rusiyaya, cənubda isə İrana qarşı ciddi sanksiyalar həyata keçirildiyi üçün bu xəttin əhəmiyyəti daha da artır. Bu da onunla nəticələndi ki, ötən il ərzində bu xətlər Azərbaycandan daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alındı".

Nəqliyyat marşrutunun türk dövlətlərini birləşdirdiyini söyləyən müsahibimiz qeyd edib ki, bu xəttin genişlənməsindən və onun vasitəsilə daha çox yükün daşınmasından region ölkələri, o cümlədən türkdilli dövlətlər gəlir əldə edirlər:

"Bununla da bir-biri ilə yaxınlaşır və inteqrasiya olunurlar. Zəngəzur dəhlizinin reallaşması da Transxəzər marşrutunun genişlənməsinə ayrıca töhfə verəcək. Əgər Azərbaycanla Ermənistan arasında kommunikasiyalar bərpa edilərsə, bu, xəttin geniş istifadəsinə səbəb olacaq. Bu da bütövlükdə region üzərindən daşınan yüklərin də həcmini artıracaq".

"Bu xətt üzərində yerləşən ölkələrin vahid tranzit tarifləri olsun"

Son illər türkdilli dövlətlərinin yeni formada və yeni imkanlarla inteqrasiya prosesinin xeyli sürətləndiyini deyən iqtisadçı-ekspert Natiq Cəfərli, burada Azrbaycanla Türkiyənin böyük rol oynadıqlarını diqqətə çatdırıb:

"Birliyin adının və funksiyalarının dəyişməsi və genişləndirilməsi, birlik ölkələrinin investisiya fondunun yaradılması, yeni logistik -marşrut xətlətinin yaradılması ilə bağlı qərarların veriməsi kimi proseslər Mərkəzi Asiya türk dövlətlərinin Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya və dünyaya çıxışını təmin edən əsas hablardan birinə çevrilib. Bütün türk dövlətlərini götürsək, burada əsas söhbət 200 milyonluq bir bazardan gedir.

Orta dəhliz təkcə Şərqlə Qərbi birləşdirən nəqliyyat körpüsü rolunu oynamır, eyni zamanda böyük bir bazarın birləşdirilməsində xüsusi əhəmiyyətə malik olur. Yəni, qarşılıqlı əlaqələrin, ticarətin və investisiyaların artmasından söhbət gedir ki, bu da kifayət qədər ciddi əhəmiyyətə malikdir".

Onun fikrincə, əgər hazırda dünyada davam edən geosiyasi vəziyyətə nəzər yetirilsə, o zaman Rusiyadan yan keçməklə, yeni logistik koridorların olmasında hamının, hətta həm Çinin, həm də Avropa və Qərb ölkələrinin maraqlı olduğunu görmək olar:

"Xəzərətrafı ölkələr burada körpü rolunu oynamaq qabiliyyətinə malikdirlər. Azərbaycanın uzun illərdir qurduğu infrastruktur sayəsində Türkiyə üzərindən qərbə çıxış əldə edilir. Əgər "Yaşıl kolidor"la vahid tranzit siyasəti olarsa, bura həm təhlükəsizlik baxımından sabit bir bölgədir, həm tranzit yüklərinin daşınmasında zaman etibarı ilə Rusiyadan keçən yüklərdən daha tez həyata keçirmək mümkündür".

Burada bir necə ciddi problemin olduğunu söyləyən N.Cəfərlinin dediyinə görə, bunlar tez bir vaxtda həllini tapmalıdır:

"Hazırda bu istiqamətdə danışıqlar davam edir, amma düşünürəm ki, intensivləşməlidir. Ona görə ki, bu xətt üzərində yerləşən ölkələrin vahid tranzit tarifləri olmalıdır. Həm Avropa, həm də Çin şirkətləri ayrı-ayrı ölkələrlə tranzit müqavilələri bağlamaqdansa, ümumi mərkəzləşdirilmiş vahid tranzit sistemi ilə müqavilələr bağlasınlar. Həm sığortasını, həm təhlükəsizliyini, həm də vahid xərclərini eyniləşdirsək, o zaman bir sıra xidmətlərin keçidi xeyli sürətlənəcək ki, bu da Çin istehsalçılarının Avropa istehlakçılarına, yaxud da əks istiqamətdə müsbət tendensiya yaradar.

Onu da nəzərə alaq ki, Avropa Birliyi ilə Çinin qarşılıqlı ticarət dövriyyəsi 1 trilyon dollara yaxındır. Bunun da bir hissəsini Orta Asiya ölkələrindən Azərbaycana və Türkiyəyə keçirmək mümkündür. Bunun heç olmasa 15-20 faizini təmin edə bilsək, bu çox böyük tranzit gəlirləri ilə yanaşı, geosiyasi üstünlük əldə etməyimizə səbəb olacaq".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 763   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər

BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

5 oktyabr
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

4 oktyabr
.

Bessent ABŞ və Çinin Sİ üçün məhdudiyyətlərə dair razılaşmalarını mümkün sayır

ABŞ və Çin süni intellekt (Sİ) texnologiyalarının tətbiq edilməməli olduğu sahələr barədə razılığa gələ bilər. "Report" "Axios"a istinadən xəbər verir ki, bu fikri ABŞ-nin maliyyə naziri Skott Bessent ifadə edib. "Düşünürəm ki, biz modellərin məhz nəyi etməməli olduğu barəd

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

5 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

Eritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi

Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə

4 oktyabr
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

5 oktyabr