Putin bitib, Rusiya inqilaba hamilədir

Putin bitib, Rusiya inqilaba hamilədirRusiyada Priqojin üsyanından sonra hakimiyyət çevrilişi hansısa silahlı qruplaşmanın əli ilə yox, xaosdan baş verəcək.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Podolyakın sözlərinə görə, Priqojinin üsyanının fiaskoyla sonlanmasının səbəbi onun hakimiyyəti ələ keçirmək istəməməsiydi. Eyni zamanda o qeyd edib ki, Priqojin qan üzərində biznes quran iş adamıdır, özü də Rostovdan Moskvaya bu qədər sürətli keçidi gözləmirdi:

"Amma o, Moskvanı götürmək və hakimiyyəti ələ keçirmək istəmirdi, çünki onun miqyası kiçikdir, siyasətçi deyil. Hazırda hakimiyyəti ələ keçirmək və Putini əvəzləmək istəyən heç bir siyasi qrup formalaşmayıb".

Onun fikrincə, çevriliş onunla nəticələnəcək ki, Rusiya xaotik vəziyyətə düşəcək - çoxlu kiçik qruplar olacaq, onlar gedib özlərinə nəsə götürəcəklər - bu, Rusiya Federasiyasında inqilabi prosesə çevriləcək.

O vurğulayıb ki, bu gün Putin Rusiya Qvardiyasına təkcə ağır silahlar vermir, həm də Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını ora köçürür:

"O, daxili istifadə üçün ikinci ordu yaratmağa çalışır ki, bu da onu qorumalıdı. Yanılır. Bu ordu Putinə də hücum edəcək. Çünki Rusiya güclü çarı sevir, onlar II Nikolayı yox, məhz güclü I Aleksandrı sevir. Priqojinin uğursuz üsyanından sonra Putin sübut etdi ki, o çar deyil, zarafatcıldır və qərar qəbul etməyi bacarmayan qorxaqdır. Rusiya artıq onu sevmir. Bitdi, Putin artıq müqəddəs deyil.

Rusiya inqilaba hamilədir. Rusiyada 1991-ci ildə baş verənlər təkrarlanacaq və Sovet İttifaqının dağılmasının ikinci mərhələsi tamamlanacaq. Bundan sonra öz aralarında mübarizə aparan kiçik passionar qruplar meydana gələcək. Onlar keçid hökuməti qurmaq imkanı əldə edəcəklər.

Rusiya müharibədən sonra yox olmayacaq, ancaq müəyyən xammala, resurslara, pula malik olan, lakin qlobal siyasətə təsiri olmayan ölkə olacaq".

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1172   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hind okeanında yeni köpəkbalığı növü kəşf edilib

Okean planetin səthinin böyük hissəsini əhatə edir və inanılmaz sayda növə ev sahibliyi edir ki, bunlardan bəziləri hələ də elmə məlum deyil. xəbər verir ki, Mavriki sahillərində cənub-qərbi Hind okeanının dərin sularında tamamilə yeni bir işıq saçan köpəkbalığı növü kəşf edilib. Yeni növə köpəkbalığını

6 oktyabr
.

Dünyanın sonu yaxınlaşır - Məşhur fizikin xəbərdarlığı gerçəkləşməyə başlayır

Bir vaxtlar elmi fantastika hesab edilən görkəmli alimin proqnozları gerçəkləşməyə başlayır. Bəşəriyyəti nə təhdid edir?. Məşhur britaniyalı fizik Stiven Hokinqin süni intellektin potensial riskləri barədə xəbərdarlığı bir daha ictimaiyyətin diqqətini cəlb edib. Sürətli texnoloji irəliləyişlər və sün

4 oktyabr
.

Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib

Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"

4 oktyabr
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

4 oktyabr
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

4 oktyabr
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

4 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

İspaniyada növbədənkənar seçki elan edildi

İspaniyanın baş naziri Pedro Sançes parlamentdə mənzil böhranının qarşısını almaq məqsədilə hazırlanan təcili qanunvericilik paketinin qəbul edilməməsindən sonra növbədənkənar seçki elan edib. The Guardian-a istinadən xəbər verir ki, səsvermənin 29 noyabrda keçirilməsi planlaşdırılır. Məlumata görə

5 oktyabr
.

Cənubi Koreya Şimali Koreyadan üzr istəməsini tələb edib

Cənubi Koreya sentyabrın 21-də ölkəni Şimali Koreyadan ayıran Silahsızlaşdırılmış Zonada (DMZ) aparılan axtarış işləri zamanı 3 zabitinin yaralanmasına səbəb olan partlayışdan sonra Şimali Koreyanın üzr istəməsini tələb edib. "Yonhap" agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah

5 oktyabr