Gürcüstanlı şura sədri: "Prezident regionun gələcək siyasi və iqtisadi arxitekturasına baxışını ortaya qoydu"

Gürcüstanlı şura sədri: "Prezident regionun gələcək siyasi və iqtisadi arxitekturasına baxışını ortaya qoydu""Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan Prezidenti İlham Əliyevin bir çox istiqamətlərdə səsləndirdiyi çox mühüm və konseptual mesajlarla əlamətdar oldu.

Prezident İlham Əliyev çıxışı zamanı Cənubi Qafqazın inkişaf perspektivlərini qeyd etdi, regionumuzun gələcəyinin siyasi və iqtisadi arxitekturasına baxışını ortaya qoydu. Dövlət başçısının Azərbaycanın regionda çox ciddi və maraqlı oyunçuya çevrilməsi ilə bağlı fikirlərinə daha diqqətçəkən oldu. Çünki bu fikir və ideyaların praktiki olaraq həyata keçirilməsi, Cənubi Qafqazda yeni arxitekturanın və reallığın yaradılması üçün əsas olması ehtimalı yüksəkdir".

Bu sözləri AZƏRTAC-a müsahibəsində Şuşa Qlobal Media Forumunda iştirak edən Gürcüstan İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri, Gürcüstan parlamentinin sabiq deputatı Vasil Mağlaperidze söyləyib.

O qeyd edib: "Azərbaycan Prezidentinin nitqinin leytmotivi budur ki, Cənubi Qafqaz regionunun böyük uğurlar əldə etməsi üçün beynəlxalq aləmdə koordinasiyalı siyasətlə hərəkət lazımdır. Bu, çox gözəl və vacib ideyadır. Prezident İlham Əliyevin Azərbaycanın və bütün Cənubi Qafqazın böyük dövlətlər arasında rəqabət meydanı olmayacağı mesajı da çox mühüm idi. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən hiss olundu ki, onilliklər boyu davam edən münaqişələr nəticəsində inkişafı əngəllənən regionumuz indi bu ciddi problemlərin öhdəsindən layiqincə gəlməkdə, yüksəliş yolundadır, iqtisadi cəhətdən sabitdir. Ən əsası isə siyasi özünəinam qazanır. Məhz çox ehtiyacımız olan bu siyasi özünəinam cənab Əliyevin fikirlərindən aydın şəkildə sezilirdi.
V.Mağlaperidze deyib ki, qədim zamanlardan Qafqaz Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən qovuşuq olub və indi də belədir. Ona görə də burada böyük imperiyaların maraqları daim toqquşurdu. Bu gün görürük ki, İkinci Dünya müharibəsindən sonra qurulan dünya nizamı artıq işləmir, əslində, o, məhv olub. İndi dünya siyasətinin əsas məsələsi yeni dünya nizamının necə olacağı, hansı prinsip və şərtlərə əsaslanacağıdır. Təbii ki, hamı kimi, Cənubi Qafqazın üç dövlətinin vətəndaşları da yeni siyasi reallıqda regionun yeri, rolu və perspektivi ilə çox maraqlanır və buna görə narahatdırlar. Birinci və İkinci Dünya müharibələrindən sonra Azərbaycan, Gürcüstan və Ermənistan faktiki olaraq geosiyasi reallığın formalaşmasında iştirak etmədilər, hər şey haradasa bizsiz həll olundu. Hazırda Cənubi Qafqazın yeni geosiyasi reallıqda və yeni dünya düzənində öz taleyinin həllində iştirak etməsi, yeni geosiyasi şəraitdə layiqli yer tutması üçün bütün ilkin şərtlər mövcuddur. "Prezident İlham Əliyev diqqəti bu yeni reallığın konturlarına və Cənubi Qafqazın tutduğu yerə yönəltdi. Prezidentin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın böyük dövlətlər arasında rəqabət məkanı olmayacağı və öz maraqlarına uyğun hərəkət edəcəyi mesajı məhz bu kontekstdə xüsusilə diqqətçəkən idi. Cənubi Qafqaz dövlətlərinin vətəndaşları üçün bu, son dərəcə mühüm siyasi istiqamətdir. Bu, çox vacibdir və hamı tərəfindən yaxşı dərk edilməlidir ki, keçirdiyi müharibəyə və ağır emosional fona baxmayaraq, cənab İlham Əliyevin çıxışı Qələbədən həzz almaq eyforiyası hiss etdirmədi, tamamilə özünü təmin edən, sülhsevər və iqtisadi cəhətdən uğurlu Cənubi Qafqaz ideyasına həsr olundu", - deyə sabiq deputat qeyd edib.

O deyib ki, ümumiyyətlə, onlar müharibənin episentri olmuş və hazırda azadlığına qovuşmuş Şuşada keçirilən Forumda Prezident İlham Əliyevdən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı son dərəcə maraqlı, tərəfdaşlardan dərin təhlil və düzgün əməkdaşlıq tələb edən baxışlar eşitdilər.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 612   Tarix: 22 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr