Bora Bayraktar: "Müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı nəzərə almalıyıq"
"Bir sıra məsələlər var ki, onlara həssas yanaşmırıq. Jurnalist olaraq vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara zərər verəcək xəbər yaymayaq. Eyni zamanda, müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə almalıyıq".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən Qlobal Media Forumunun "Mediada investisiya və istehlak tendensiyaları" adlı sessiyasında çıxışı zamanı jurnalist, media meneceri Bora Bayraktar söyləyib.
Bəşəriyyətin müxtəlif çağırışlarla üzləşdiyini diqqətə çatdıran Bora Bayraktar əlavə edib:
"Bizim kifayət qədər bəlli kimliyimiz var. TRT rəhbərliyi olaraq kimliyimizi diktə etmirik. Bu, onsuz da mövcuddur. Hətta Türkiyədən kənarda da tanınırıq. Bu, dünyanı necə, hansı şəkildə işıqlandırmağımızın nəticəsidir. Bu, bir çağırışdır".
Komanda formalaşdırmağın yollarından danışan B.Bayraktar vurğulayıb:
"Çağırışlardan biri də odur ki, biz müxtəlif ölkələrin vətəndaşları ilə birlikdə layihələr həyata keçiririk, onlarla sıx əməkdaşlıq edirik. Buna uyğun olaraq yola çıxmaq uğurlu nəticələr verir. Biz bu istiqamətdə uğurluyuq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 600 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr