Ukraynada itkin düşən və oğurlanan uşaqların sayı məlum olub
"Bizdə olan məlumata əsasən, Rusiya müxtəlif bəhanələrlə Xarkov vilayətindən 450 uşaq çıxarıb. Onlar işğal nəticəsində yaranmış vəziyyətdən istifadə edərək uşaqlarımızı oğurlayıblar".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Snequbov bildirib.
"Doğrudur, uşaqların bir hissəsini geri qaytarmışıq. Söhbət təxminən 50 azyaşlıdan gedir. Digərlərinin təxminən yarısının – 200-ə yaxın uşağın harada olduğunu bilirik. Biz bu istiqamətdə beynəlxalq tərəfdaşlarımızla birlikdə sistemli şəkildə işləyirik. Amma 150-200 uşağın harada olduğunu barədə məlumatımız yoxdur. Axtarışlarımız davam edir. Bu məsələni də həll etməliyik" - o, əlavə edib.
Müharibə cinayətlərinin aşkar edilməsi ilə məşğul olan PAYBACK4UKRAİNE beynəlxalq hüquq layihəsinin direktoru Jane Əliyeva isə "Report"un Şərqi Avropa bürosuna Ukraynada müharibə müddətində uşaqlar ilə bağlı hadisələrin statistikasını açıqlayıb: "Rəsmi məlumata görə, Rusiya hərbçiləri bu günə qədər ümumilikdə 496 ukraynalı uşağı öldürüb. İşğalçıların raket hücumları, top atəşləri və digər hərbi cinayətləri nəticəsində 1 068 uşaq xəsarət alıb. Min azyaşlı itkin düşmüş hesab olunur.
Müharibə dövründə Rusiya hərbçiləri tərəfindən 18 yaşadək uşaqlara qarşı 13 cinsi zorakılıq faktı qeydə alınıb. Ukrayna hakimiyyəti Rusiya ordusu tərəfindən ölkədən qaçırılan 20 minə yaxın uşağın yerinin müəyyən edildiyini açıqlayıb.
Ümumilikdə yalnız 385 uşaq qeyri-qanuni deportasiyadan geri qaytarıla bilib və bu, əslində uşaq əsirliyidir. Xüsusilə qeyd etməliyəm ki, bizim Ukraynanın Mariupol və digər işğal olunmuş şəhərlərinə çıxışımız yoxdur, ona görə də təəssüf ki, real statistika əlimizdə olanlardan xeyli çoxdur.
Rusiya hökuməti bu yaxınlarda guya xilas etdiyi, əslində Ukraynadan oğurladığı 700 minə yaxın uşağın sayını elan etdi - qaçırdılar.
Dünya terrorçuları dayandırmaq və uşaqlarımızı evə gətirmək üçün hər şeyi etməlidir. Nəzərinizə çatdırım ki, PAYBACK4UKRAINE beynəlxalq hüquqi layihəmiz ukraynalı uşaqların qeyri-qanuni deportasiyası məsələsini çox diqqətlə öyrənir və bu işdə əli olan hər kəsi cəzalandırmaq üçün əlimizdən gələni edəcəyik" - o, vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 978 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
BBC-də 2 minə qədər iş yeri ixtisar edilə bilər
BBC-də işçi ixtisarları ilə bağlı proses davam edir. The Guardian-a istinadən xəbər verir ki, yayım korporasiyasında ümumilikdə 2 minə qədər iş yerinin ləğv edilə biləcəyi açıqlanıb. İşçilər isə 2027-ci ildə əlavə ixtisarların ola biləcəyindən narahatdırlar. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
5 oktyabrÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
4 oktyabrKobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
4 oktyabrAlplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
5 oktyabrQonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
4 oktyabrEritreya Efiopiya ilə diplomatik əlaqələri tamamilə kəsdi
Eritreya hökuməti Efiopiya ilə bütün diplomatik münasibətləri kəsmək barədə qərar qəbul edib. "Interfax"a istinadən xəbər verir ki, rəsmi Əsməranın bu qərarı Əddis-Əbəbənin Eritreyadakı səfirliyini bağlamaq və 10 eritreyalı diplomatı "persona non grata" (arzuolunmaz şəxs) elan etmə
4 oktyabrFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
5 oktyabr