Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Ukrayna Prezidenti Volodimir Zelenski humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
Zelenski bu barədə müraciətində bildirib.
"Enerji və minalardan təmizləmə sahəsində humanitar yardıma görə Azərbaycana təşəkkür edirəm", - Ukrayna lideri tviter hesabında vurğulayıb.
"Bu həftə dövlətimizə, xalqımıza, ordumuza, bütün vətəndaşlarımıza dəstək olaraq yeni qərarlar qəbul edən bütün ölkələrə təşəkkür etmək istəyirəm", - Zelenski qeyd edib.
Zelenski həmçinin Koreyaya, İsveçə, Yaponiyaya, Avstraliyaya, ABŞ-a, Almaniyaya Ukraynaya yardımlarına görə minnətdarlığını bildirib.
Qeyd edək ki, iyulun 17-də Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1656 Tarix: 22 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampdan dünyaya Hörmüz ultimatumu: Qərb və Çin küncə sıxışdırılır - FOTO
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın blokadaya aldığı Hörmüz boğazına ölkəsinin yox, digər dövlətlərin ehtiyacı var. O qeyd edib ki, Qərb ölkələri və Çin ya Hörmüzün açılmasını təmin etməli, ya da ABŞ-dən neft və neft məhsulları almalıdırlar. Görəsən, bu açıqlamalar fonunda Qərb və Çinin addımlar
2 aprelSEPAH "Gerçək vəd - 4" əməliyyatının 86-cı dalğasını həyata keçirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd - 4" əməliyyatının 86-cı dalğasını həyata keçirib. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barərə SEPAH məlumat yayıb. "ABŞ-nin "Viktoriya" (İraqda yerləşir), "Arifcan" (Küveytdə yerləşir)
29 martÇin sürətlə su anbarları inşa edir: Bunun arxasında nə dayanır?
Çin elektrik enerjisini toplamaq məqsədilə yeni su anbarlarını sürətlə inşa edir. Ölkə külək və günəş enerjisini sürətlə inkişaf etdirir, lakin Pekinin əsas məqsədi bu enerjinin günəş olmadığı və külək əsdiyi vaxtlarda da əlçatan olmasını təmin etməkdir. Məhz buna görə Çin hidroakkumulyasiya elektri
1 aprelSorğu: Jey Di Vens Trampın varisləri arasında liderdir
Nüfuzlu mühafizəkarlar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-rəsmi sorğuya əsasən, vitse-prezident Jey Di Vens qarşıdan gələn 2028-ci il ABŞ prezident seçkilərində ölkə mühafizəkarları arasında ən populyar namizəddir. "Report"un "Reuters"ə istinadən verdiyi məlumat
29 martRusiyada zavodda partlayış - 3 ölü, 58 yaralı - Yenilənib
Rusiyanın Nijnekamsk şəhərində "Nijnekamskneftexim" zavodunda partlayış və ardınca yanğın baş verib. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır
31 martFransa müsəlmanlara bunu qadağan etdi
Fransada hər il keçirilən və ölkənin ən böyük dini tədbirlərindən biri sayılan "Fransada Müsəlmanların İllik Yığıncağı" bu il rəsmi qərarla qadağan olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Paris Polis Prefekturasının yaydığı açıqlamada bildirilib. Qərar ölkədə terror təhlükəs
3 aprel