Prezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub - FOTO

Prezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub - FOTOAzərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC-a istinadən Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.

Geniş oxucu kütləsinə malik newsday.ge portalında rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidentinin Cənubi Qafqazda sülhün bərqərar olması barədə fikirlərindən sitat gətirilir: Sitatda deyilir: "Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir".

Forumla bağlı materialda isə qeyd olunur ki, Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "Heydər Əliyev İli" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Media Forumu keçirilir. Eyni zamanda, tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumun iştirakı barədə məlumat verilir.

Ölkənin ictimai televiziyasında (1tv.ge) Azərbaycan və gürcü dillərində yayımlanan materialda Prezident İlham Əliyevin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında strateji sualtı elektrik kabelinin tikintisinə başlanılması və təqdimatın sentyabr və ya oktyabr aylarında baş tutacağı barədə fikirləri yer alıb.

Materialda deyilir: "Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, ötən ilin dekabrında Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizdə strateji əhəmiyyətə malik sualtı elektrik kabelinin çəkilməsi haqqında imzalanmış saziş uğurla həyata keçirilir. Artıq tədqiqat işlərinə başlanılıb".

Telekanalın yaydığı digər məlumatda isə Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya Federasiyası arasında ötən ilin fevralında imzalanmış bəyannamə barədə fikirləri oxucuların və dinləyicilərin diqqətinə çatdırılıb.

Materialda deyilir ki, ötən ilin fevralında imzalanmış bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir və bu sənəd əməkdaşlığın dərinləşməsinə yönəlib.

Qafqazturk.com portalı Azərbaycan Prezidentinin ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi tarixi barədə məlumat yayıb. Bildirilir ki, ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşamışlar. Onların Qarabağa kütləvi köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığının, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın digər xanlıqlarının da Rusiya imperiyasının daxilinə salınıb. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları – bütün bunlar tarixən təsdiqlənir. Yəni, onlar bu torpaqlara, Qarabağ torpağına, o cümlədən Şuşaya qonaq kimi gəlmişdilər".

Prezident İlham Əliyevin çıxışına istinadla yayılan digər materialda isə deyilir: "Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Şuşada erməni kilsəsi var, hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, biz törətdikləri əməllərə görə onlardan (ermənilərdən – red.) qisas almaq fikrində deyilik".

"Mən onu demişdim – hələ müharibə vaxtı və müharibədən sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma onlar müharibə zamanı bizim dinc şəhərlərimizi "İskəndər", "Toçka-U", "Skad" raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq bu namərd atəş nəticəsində həlak olmuşdur", – deyə dövlətimizin başçısı vurğulayıb.

Bu yaddaşın silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu diqqətə çatdıran Prezident bildirib: "Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç vaxt təkrarlanmasın".
Portalda Şuşa Media Forumu barədə də məlumat yayılıb. Bildirilir ki, forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur.

Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər.

24news.ge portalında rus dilində yayılan materialda və eyni zamanda video-süjetdə "Heydər Əliyev İli" çərçivəsində keçirilən Şuşa Qlobal Forumu barədə məlumat verilir.

Portalın yaydığı digər materialda isə Prezident İlham Əliyevin Xocalının işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərinə səfəri barədə məlumat verilir.

Aktual.ge portalında yayımlanan materialda isə Prezident İlham Əliyevin Cənubi Qafqazın inkişafı ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılır: "Bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır".

İnterpress.ge saytında da Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı və Azərbaycan ilə Rusiya arasında ötən ilin fevralında imzalanmış bəyannamə barədə məlumat verilir.

Qeyd edək ki, ümumilikdə Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin forumundakı çıxışında söylədiyi mühüm tarixi fikirlər barədə 15-dən çox material yayımlanıb.

Kavkasia.net informasiya agentliyinin Azərbaycan Prezidentinə istinadən yaydığı materialda isə deyilir: "Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməli, davamlı sülhə nail olmalı və təhlükəsizliyi təmin etməliyik".

Eyni zamanda, agentli forum barədə də oxuculara məlumat verilir.
Prezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub - FOTOPrezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub - FOTOPrezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub - FOTOPrezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub - FOTOPrezidentin Şuşada keçirilən Qlobal Media Forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 602   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun
.

Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd

13 iyun
.

"Milli Qurtuluş Günü müasir Azərbaycanın uğurlarının təməlində dayanan siyasi fəlsəfənin təntənəsidir" - DEPUTAT

"Azərbaycan xalqının taleyində elə tarixi günlər var ki, onlar təkcə müəyyən bir dövrün hadisəsi deyil, bütöv bir xalqın gələcəyini müəyyənləşdirən dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü il iyunun 15-i məhz belə günlərdən biridir. Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsində

9 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

Prezident Lyayen ilə geniş tərkibdə görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun