Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTO

Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTOŞuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlə dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Şuşada Qlobal Media Forumu Rusiya mətbuatı tərəfindən geniş işəqlandırılıb.

TASS agentliyində "argumenti.ru", "iz.ru", "mk.ru" saytlarında yayımlanan informasiyalarda Prezident İlham Əliyevin Azərbaycanın Rusiya ilə münasibətlərinə, iki ölkə arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə, Bakıda keçirilən Rusiya-ABŞ dialoqu, ölkəsinin Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı, bu ilin sonuna qədər Avropanın daha iki ölkəsinə Azərbaycan qazının çatdırılması, Transxəzər layihəsi ilə bağlı fikirlərinə geniş yer verilib. Xüsusilə vurğulanıb ki, Azərbaycan Prezidenti indiki şəraitdə Rusiya ilə ABŞ arasında təmasların potensial olaraq Azərbaycanda yenə də bərpa edilə biləcəyini bildirib. İki ölkə arasına münasibətlərə gəlincə, dövlət başçısı Bəyannamə imzalanandan bəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafının kifayət qədər uğurlu olduğunu deyib.

Əlcəzairin "al24news" portalı da Şuşada keçirilən Qlobal Media Forumundan yazıb. Bildirilib ki, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumu media sahəsində yeni tendensiyalar üzrə ən yaxşı təcrübələr barədə fikri mübadiləsi aparmaq üçün yaxşı imkan yaradır.

Ümumi müzakirələr zamanı çıxış edən ekspertlər və mütəxəssislər vurğulayıblar ki, media sənayesində qabaqcıl texnologiyalardan geniş istifadə və qlobal rəqəmsallaşma bütün dünyada yeni media mənzərəsinin və bu sektorda yeni dinamikanın yaranmasına səbəb olub.

"albawabhnews.com" saytında dərc olunan məqalədə Prezident İlham Əliyevin xüsusilə Ermənistanla müharibədə Qələbədən sonra ölkəsinin işğaldan azad edilmiş rayonlarının inkişafının əsas prioritet olması ilə bağlı fikrinə diqqət çəkilib. Eyni zamanda, bildirilib ki, Azərbaycan Prezidenti ölkəsinin Ermənistanla müharibə nəticəsində uzun illər çəkdiyi əziyyətlərdən sonra sabitliyə və inkişafa nail olmağa çalışdığını vurğulayıb.

Portal yazır ki, Azərbaycanın dövlət başçısı Forum iştirakçıları ilə görüşündə işğaldan azad olunmuş ərazilərdəki mina partlayışlarından, Ermənistanın işğal vaxtı həmin torpaqlarda çoxsaylı minalar basdırmasından, onların xəritələrini verməməsindən, həmçinin ölkəsinin minatəmizləmə istiqamətində gördüyü işlərdən, həmçinin Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqlardan bəhs edib.

Omanın "omannews.gov.om" saytı və "alwatan.com" nəşri də Şuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundan yazıb.

Bildirilib ki, 49-dan çox ölkəni təmsil edən 150-dən çox jurnalist və mütəxəssisin iştirak etdiyi forumun açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yadda qalıb.

Tədbirdə dünyada baş verən dəyişikliklər fonunda medianın inkişafı, media institutları arasında təcrübə mübadiləsi, müxtəlif media məsələləri müzakirə olunur.

Qazaxıstanın "www.egemen.kz" saytında yayımlanan informasiyada Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda İkinci Qarabağ müharibəsindən sonra ona dəstək verən Mərkəzi Asiya ölkələrinə təşəkkür etdiyini diqqətə çatdırılıb. Xəbərdə dövlətimizin başçısına istinadla vurğulanıb: "Orada (Füzuli rayonunda – red.) məktəb var və o, səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Həmçinin incəsənət mərkəzi var, Qazaxıstan tərəfindən ianə kimi ayrılıb…Bu, çox mühüm bir jest idi və həmrəylik nümunəsi idi".

Qeyd olunub ki, bu il Qazaxıstan Prezidentinin qərarı ilə bu il Füzuli şəhərində Qazaxıstan tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməli qoyulub.

Bu ölkənin www.inform.kz portalında yayımlanan məqalədə isə Şuşanın ev sahibliyi etdiyi Forumdan 200-dən çox nümayəndənin iştirak etdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, üçgünlük tədbir mediada müasir çağırışlar və problemlər, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə, eləcə də bu gün rəqəmsallaşma prosesindən keçən ənənəvi kütləvi informasiya vasitələrinin gələcəyi kimi mövzuların müzakirəsi və təcrübə mübadiləsi üçün platforma rolunu oynayır.

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirlər barədə silsilə materiallar yaymaqda davam edib.

AZƏRTAC-a istinadla yayımlanan materiallarda Prezident İlham Əliyevin mətbuatın inkişafı, forumun əhəmiyyəti, qlobal enerji məsələləri, eləcə də sülh çağırışları barədə fikirləri yer alıb.

Geniş oxucu auditoriyasına malik "netgazeti.ge" portalı Prezident İlham Əliyevin çıxışına istinadən yazır: "Biz üç il ərzində 150 mindən çox insanı Qarabağa və Şərqi-Zəngəzur bölgələrinə qaytaracağıq. 2026-cı ilə qədər 140 minə qədər insanın Qarabağ bölgəsinə qayıtması planlaşdırılır. Ümid edirəm ki, gələn il ilk sakinlər Şuşa şəhərində məskunlaşacaq. Biz çox istəyirik ki, 30 il ərzində mənəvi və fiziki əziyyət çəkən insanlara ən yaxşı şərait yaradılsın".

Həmçinin qeyd olunur ki, Şuşa şəhəri 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən işğaldan azad edilib və qısa müddət sonra burada mehmanxanalar və infrastruktur obyektləri tikilir.

"Tabula.ge" portalının AZƏRTAC-a istinadla yaydığı materialda Qarabağda yerləşən Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan olunduğu, Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığı xüsusi qeyd edilir.

Gürcüstanın ictimai televiziyasında (1tv.ge) Azərbaycan və gürcü dillərində yayımlanan materialda Prezident İlham Əliyevin beynəlxalq hüququn norma və prinsipləri barədə fikirlərindən bəhs olunur. Bildirilir ki, Beynəlxalq hüququn fundamental prinsipləri var, lakin ölkələrin ərazi bütövlüyü pozulmamalıdır.

Telekanalın yayımladığı digər materialda Prezident İlham Əliyevin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında strateji sualtı elektrik kabelinin tikintisinə başlanılması və təqdimatın sentyabr və ya oktyabr aylarında baş tutacağı barədə fikirləri yer alıb.

"24news.ge" portalında yayılan materialda isə Ermənistanın Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməsi və artıq sülh sazişinin imzalanması mərhələsində olduğu bildirilir.

Azərbaycan Prezidentinin çıxışından yayılan xəbərdə deyilir: "Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur".

"Ermənistan son bir addım ataraq sülh sazişini imzalamalıdır. Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır", - deyə materialda vurğulanır.

"İnterpress.ge" portalında Prezident İlham Əliyevin Brüssel formatı barədə fikirləri yer alıb. Bildirilir ki, Brüssel formatı Ermənistan və Azərbaycan liderlərinin təmas qurmaları üçün əlavə dəstəkverici mexanizmdir.

Portalın yaydığı digər materialda Azərbaycan Prezidentinin Ermənistandakı revanşist qüvvələrlə bağlı fikirləri yer alıb: "Ermənistanda müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq".

"Aktual.ge" portalı isə Şuşa Qlobal Forumu, forumun əhəmiyyəti və burada müzakirə olunan məsələlər, eləcə də iştirakçılar barədə ətraflı məlumat verilir.

Beynəlxalq "news.kisspr.com" portalında dərc olunan yazıda isə Şuşa Forumunun "4-cü Sənaye İnqilabı"nın media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media peşəkarlarını, ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirdiyi qeyd edilib.

Bildirilib ki, Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu gün gündəmdə olan əsas mövzular, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Məqalədə diqqətə çatdırılıb ki, qabaqcıl texnologiyaların və rəqəmsallaşmanın geniş şəkildə tətbiqi nəticəsində media sahəsi sürətlə inkişaf edir və bu, həm yerli, həm də beynəlxalq media orqanları tərəfindən biznes modellərinin yenidən formalaşdırılmasına təkan verir. Azərbaycanda davam edən media islahatları medianın müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə zəmin yaradıb.
Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTOPrezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTOPrezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTOPrezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTOPrezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTOPrezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTOPrezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzində qalmaqda davam edir - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 442   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021