Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumundakı çıxışı Rusiya mediasının diqqət mərkəzində olub - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı Rusiya mediasının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dövlətinin başçısının forumdakı çıxışında yer alan fikirlər Rusiyanın federal KİV-lərində geniş yayımlanıb.
"TASS" Dövlət İnformasiya Agentliyi Prezident İlham Əliyevin yaxın üç il ərzində 150 mindən çox azərbaycanlının Qarabağa və Şərqi Zəngəzura qayıdacağı ilə bağlı bəyanatını yayıb.
Agentliyin digər materialında bildirilir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlərin inkişafının kifayət qədər uğurlu olduğunu, sənədin maddələrinin yerinə yetirildiyini vurğulayıb.
Agentlik, həmçinin Azərbaycan Prezidentinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpasının mümkünsüzlüyü, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında yalnız iki vasitəçinin –Rusiya və ABŞ-nin olması, Avropa İttifaqının bu prosesdə rolu barədə fikirlərini də oxucularına təqdim edib.
Qonşu ölkənin digər media qurumları – "İzvestiya", "Arqumentı nedeli", "Moskovskiy komsomolets" qəzetləri də Azərbaycan Liderinin Qlobal Şuşa Forumunda çıxışına geniş yer ayırıblar. Materiallarda Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilməsi
planlaşdırılan görüşü, Rusiya ilə ABŞ arasında danışıqların Azərbaycanda başlanmasının mümkünlüyü barədə fikirləri yer alıb.







Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 575 Tarix: 23 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr