Mehriban Əliyeva Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri, yunan xeyriyyəçisi, insan haqları və uşaq sağlamlığı müdafiəçisi Marianna Vardinoyannisin vəfatı ilə bağlı başsağlığı verib.
AZƏRTAC-ın məlumatına görə, başsağlığında deyilir:
"Səmimi dostum, əziz və dəyərli insan olan Mariannanın vəfatı məni dərindən sarsıtdı. Yaxın insanı itirmək ağrısı heç nə ilə müqayisə oluna bilməz.
Qəlblərimizi dolduran bu kədər hissini ifadə etməyə söz tapmaq çətindir.
Görkəmli ictimai xadim, vəfalı ömür-gün yoldaşı, etibarlı dost – Marianna onu tanıyanlar üçün xeyirxahlıq, nəciblik, mərhəmət, şəfqət rəmzi idi.
O, parlaq, çalışqan, təşəbbüskar, insanların ağrı-acısını dərindən hiss etməyi bacaran əvəzsiz şəxsiyyət olaraq yaddaşlarda qalacaqdır.
Marianna Vardinoyannis həm də Azərbaycanın səmimi dostu idi. Təsadüfi deyil ki, onun Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilmişdi.
Marianna ilə görüşlərimiz zamanı yaratdığı sevgi dolu, xoş və unudulmaz xatirələr daim qəlbimdə yaşayacaqdır.
Bu ağır günlərdə dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 980 Tarix: 25 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabr