Kanadada daşqınlarda itən 4 nəfərdən 3-nün cəsədi tapılıb
Kanadanın Yeni Şotlandiya əyalətində güclü yağışın yaratdığı seldə itən 4 nəfərdən 3-nün cəsədi tapılıb.
Sonxeber.az BBC-yə istinadən xəbər verir ki, Kanada polisi eyni avtomobildə olan 2 uşağın cəsədinin tapıldığını açıqlayıb.
Polis seldə itən başqa bir avtomobildə olan 52 yaşlı kişinin cəsədinin tapıldığını, lakin eyni avtomobildə olan gəncin hələ də itkin qaldığını deyib.
Səlahiyyətlilər itkin düşən yeniyetmənin axtarışlarının davam etdiyini bildirib.
Kanadada iyulun 21-də başlayan şiddətli yağış səbəbindən elektrik kəsilməsi nəticəsində 80 mindən çox insan zərər çəkib, əyalətin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib.
Bildirilib ki, ölkənin bəzi ərazilərində normal olaraq 3 ayda yağan yağış 24 saata düşür.
Kanada Meteorologiya Xidməti vilayətin şərq bölgəsində güclü yağışların iyulun 30-dək davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 885 Tarix: 26 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağı neçə yaşında evdə tək qoymaq olar? - Psixoloqların məsləhətləri
Gec-tez bir çox valideyn uşağı hansı yaşdan etibarən evdə təhlükəsiz şəkildə tək qoymağın mümkün olduğu barədə düşünür. Psixoloqlar bildirirlər ki, bu məsələdə əsas meyar uşağın yaşı deyil, onun xarakterinin xüsusiyyətləri və yetkinliyidir. Qaynarinfo nlc.hu saytına istinadən xəbər verir ki, nəşrin yazdığın
11 avqustABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb
Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi
11 avqustİspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir
İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın
11 avqustRusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səhər saatlarında Kupyansk rayonunun Kovşarovka qəsəbəsinə dronun düşməs
9 avqust"Aclıq daşları" yenidən göründü: Avropada şiddətli quraqlıq həyəcanı
Məhsulsuzluq riski ilə əlaqəli su səviyyəsinin kritik dərəcədə azalmasını göstərən "aclıq daşları" adlandırılan tarixi nişanlar Almaniyanın Saksoniya federal əyalətində Elba çayında uzunmüddətli quraqlıq səbəbindən üzə çıxıb. xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb. Üzərində tarixlə
10 avqust