İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar ortaya çıxdı

İsgəndərin Rəşad Dağlıya yazdığı mesajlar ortaya çıxdıMeyxanaçı Rəşad Dağlı tərəfindən qətlə yetirilən İsgəndər Mehdiyevin yazdığı mesajlar ortaya çıxıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Rəşad Dağlı nömrəsinin çox yayıldığı ərəfədə telefonunu bir müddət bağlı saxlayıb. Bu zaman isə İsgəndər Rəşadın qardaşına zəng edərək onu axtardığını bildirib.

Rəşad Dağlı isə İsgəndərin onu axtardığını öyrənəndə, əvvəlcə onu tanımayıb, meyxanaçı Ələkbər Yasamallının bibisi oğlu olduğunu biləndə tanıyıb. Lakin İsgəndər Mehdiyevin narkotik satışına görə dəfələrlə məhbus həyatını yaşadığını bilən Rəşad, onu ciddiyə almadığını deyib.

İsgəndərin israrlarından sonra Rəşad ona zəng edib. İsgəndər isə həbsxanada olanda bir nəfərin Rəşad Dağlı haqqında "üzdəniraq" ifadəsini işlətdiyini deyib. Rəşad Dağlı İsgəndər Mehdiyevə "üzdəniraq" söhbətinin kim tərəfindən edildiyini, bu şəxsi ortaya çıxarmasını, onunla görüşüb söhbəti aydınlaşdırmaq istədiyini deyib. İsgəndər isə həmin şəxslə görüşməyin lazım olmadığını bildirib. O, Rəşada bu söhbəti özünün edəcəyini deyib.

Rəşad Dağlı söhbəti ciddiyə almadığı üçün telefonu söndürüb. Daha sonra telefonu açanda İsgəndərin ona mesajlar yazdığını görüb:

- "Qaqaş, mənəm İsgəndər. Qaqaş, mən sənə çox dedim, sən az eşitdin. Mən hara kimi lazımdır, səni müdafiə etdim. Rəşad, "üzdəniraq" söhbətin gedir. Nə qədər tezdir, gəl qabağını al".

- "Qaqaş, nə oldu, razılaşdın? Yəni, bu, olub? Rəşad, mən üç gündür ki, səni müdafiə edirəm. Sən də gəl mənə dəstək ol. Gəl, tək mənimlə görüşəcəksən. Sadəcə, görüşək, bir-iki şey var ki, onları sən bilirsən".

"Rəşad, o boyda mövzu gedir, sənin üçün heç maraqlı deyil. Mənə təcili zəng elə, gözləyirəm".

"Rəşad, sən gəlməsən, məcbur olub məhəllədən bir-iki nəfəri götürüb söhbətə gedəcəyəm. Dua elə söhbətimiz sülhlə qurtarsın".

Rəşad İsgəndərin bu mesajlarından sonra onun Yasamalda lazımsız söhbətlər çıxaracağını düşünərək görüşə razılaşıb. İsgəndər bu zaman ona "boş" gəlməməsini deyib.
Rəşad görüş zamanı İsgəndəri başmaqla görüb və ona "başmaqla söhbətə gedərlər?", - deyib. İsgəndər isə "narahat olma", - deyərək Rəşadın maşınına əyləşib.

Rəşad yolda təkidlə ondan ad soruşsa da, İsgəndər ona heç nə deməyib. O, Rəşada həmin adamla özünün görüşməsinə ehtiyac olmadığını deyib:

"Həmin adamın problemi var, ona altı min manat lazımdır, həmin şəxs üç min manat tapıb, üç min manatı isə qalıb. Üç min manat versən, söhbət bağlanar".

Rəşad isə cavabında "mən üç min versəm, "üzdəniraq" olmuram, verməsəm, oluram?" sualını verib. Rəşad bundan sonra həmin adamın yanına getməyi tələb etsə də, İsgəndər bundan boyun qaçırıb. O, İsgəndərə "bunun mənə heç bir aidiyyəti yoxdur, bu sözü deyənlərin yanına gedək, biz buna görə görüşdük axı", - deyib.

İsgəndər isə "bir nəfərin də belə söhbəti gedirdi, həmin söhbət pulla həll olundu" sözlərini deyib. Rəşad pul verməyə etiraz edərək, "gedək bu sözü deyənlər mənə bunu sübut etsin", - söyləyib.

Rəşadın sözlərinə görə, İsgəndər pul ala bilməyəcəyinə əmin olduqdan sonra, onun ünvanına ağır söyüşlər söyüb. Rəşadın iddiasına görə, İsgəndər maşının sürətlər qutusunun yanına qoyulan bıçağı əlində oynadırmış. Bıçağı da onun əlindən alaraq İsgəndəri vurduğunu deyib.

Rəşad bildirib ki, İsgəndər bu söhbəti pula görə ortalığa atıb. Bu, SMS-lərdə də öz əksini tapıb.

Qeyd edək ki, məhkəmə zamanı İsgəndər Mehdiyevin yaxınları Rəşad Dağlıdan şikayətçi olmayıb.

İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2013   Tarix: 01 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr