Aysel Şükürovanın keçmiş ərindən AÇIQLAMA: "Ana-bala küçə söyüşləri söyüb, qadını döydülər"

Aysel Şükürovanın keçmiş ərindən AÇIQLAMA: "Ana-bala küçə söyüşləri söyüb, qadını döydülər"Bloqer Aysel Şükürovanın keçmiş əri Elşən Əsgərli onu bıçaqlamağa cəhd etməsi ilə bağlı yayılan məsələyə münasibət bildirib.

E.Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə baş vermədən iki gün əvvəl A.Şükürova ona gizli nömrədən zəng edərək, uşağını görmək üçün çağırıb:

"Mənə zəng edib "gəl, uşağını sənə göstərirəm", - dedi. Mən də onun yaşadığı evin yanına getdim ki, uşağımı götürüm. Elə ora çatanda mənə dedi ki, əyləş, maşında söhbət edək. Gördüm ki, uşağım Ayselin anasının maşınında əyləşib. Mən də oğlumun yanına keçdim.

Bu zaman Aysel məni qıcıqlandıran sözlər deməyə başladı. Onun sözlərinə fikir vermədim, gördü ki, heç bir cavab vermirəm təhqirə keçdi. Daha sonra telefonu çıxardı və məni videoya çəkməyə başladı. Mən maşından düşdüm. Aysellə anası da maşından düşüb təhqirləri davam etdirdilər.

Bu vaxt kənarda yaşlı bir qadın onlara irad etdi ki, ictimai yerdə küçə söyüşləri söyməyin. Nizami küçəsində mənim və uşağımın yanında ana-bala o qadını döydülər. Uşaq qorxmağa başladı. Ona bildirdim ki, qorxma. Daha sonra ara sakitləşdi və mən oradan uzaqlaşdım".

E.Əsgərli qeyd edib ki, həmin gün Aysel ona təkrar zəng edərək, Azərbaycan Kooperasiya Universitetinin yanında gözlədiyini bildirib:

"Anası ilə Aysel istədiyinə nail olmadığı üçün təkrar mənə zəng etdi və əl çəkmədən görüşə çağırdı. Universitetin yanında görüşdük və mən ona bildirdim ki, maşından düşmürəm. Bildim ki, düşsəm məni şərləyəcək. İki dostu ilə gəlmişdi. Daha sonra mən Saray bağları massivində yerləşən evimə getdim, o və iki dostu da ardımca bağa gəldilər.

O, həyətə gəldi və canlı açdı, yenə məni təhqir etməyə başladı. Həmin vaxt irad bildirdim ki, telefonu yığışdırsın, evimdə məni təhqir edib, çəkməsin. Tələb etdim ki, mənim və ailəm haqqında heç bir paylaşım etməsin. Nə varsa da, silsin. Ona xəsarət yetirsəydim polislər bunu görərdilər. Bütün xəsarətlər mənə dəydi. Rəy üçün ekspertiza təyin edilib. Mən qəsdən o görüşü evimin içində saldım ki, hadisə olanda bilinsin".

O qeyd edib ki, övladına görə Ayselə aliment ödəyir:

"Mən aliment vermirəmsə, dövlətin qanunları var və bununla bağlı mənim haqqımda tədbir görülərdi. Əvvəldən də aliment ödəmişəm. Mart ayından bu tərəfə hər ay mən onun şəxsi hesabına 2200 manat pul ödəmişəm. Onların da çekləri məndədir.

Aysel deyir ki, mənim "Dəlilik kağızım" (psixi xəstəlik haqqında arayış) var. Həmin kağız olan şəxsin uşaqla ünsiyyəti onun həyat təhlükəsizliyinə zərurət yaradırsa, dövlət görüşə icazə vermir".

Elşənin anası Zoya Əsgərli deyir ki, dəfələrlə Ayselin qohumlarından ona xəbər yollayıblar ki, onları narahat etməsin:

"Biz özümüz üçün yaşayan insanlarıq. Ailəmi, oğlumu, qızımı, yaşlı anamı narahat edirlər. Bezmişik məhkəməyə müraciət etməkdən. Nə qədər olar? Üç azyaşlı uşağının arxasında gizlənərək, reytinq yığmaq xətrinə bizi şantaj, təhqir edir. Ana-bala oğlumu təhqir etdilər. Qəsdən Elşənə məndən, qızımdan yalan sözlər deyirlər ki, qıcıqlansın və nəsə əməl törətsin.

İnanın, bilmirik necə edək. Məqsədi nədir, kim və ya kimlərin onu maliyyələşdirdiyi bilinmir. Əvvəllər belə söhbətin axırına kimi getmədik, indi isə hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Artıq belə olmaz".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Şükürovadan daxil olmuş müraciətlə bağlı hazırda müvafiq Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Aysel Şükürova keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.

O, ötən gün keçmiş əri E.Əsgərli tərəfindən hücuma məruz qaldığını bildirib.

A.Şükürova ikinci dəfə ailə qurduğu Oqtay Əhmədovla da rəsmi şəkildə boşanıb. Onun Elşəndən bir, Oqtaydan isə əkiz oğlanları var.

Xatırladaq ki, Q.Şükürov vəzifəsini itirəndən sonra "Lifttəmir" İstehsalat Birliyindəki mənimsəmələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Ayrıca Qüdrət Şükürova qarşı da Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2937   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021