Bal yığımında azalma qiymətlərə necə təsir edəcək?

Bal yığımında azalma qiymətlərə necə təsir edəcək?Bu il yaz-yay aylarında hava şəraitinin soyuq və yağıntılı keçməsi arıçılığa mənfi təsir göstərib. Belə ki, yağıntılı hava şəraitinə görə arıların nektar toplaması gecikib. Hazırda bal süzümü mövsümü başlasa da, arıçıların bir çoxu hələ bu prosesə start verməyib. Hətta, bəziləri bu il arılardan bal götürə bilməyəcəyi qənaətindədirlər. Arıçılar narahatdırlar. Əgər normal məhsul götürülə bilməsə, qıtlıq yarana bilər.

Bu vəziyyət, bal qiymətlərinə necə təsir edəcək?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin üzvü Elvin Bayramlı deyir ki, bu il arıçılıq təsərrüfatında vəziyyət ürəkaçan deyil:

"Artıq arıçılıqda mövsümün sonuna gəlirik. Yaz və yay ayları havalar anomal keçib. Hava tək yağışlı olmayıb. Həm də gecələr soyuq, küləkli olub, quraq keçib. Bu da arıçılar üçün faciəvi vəziyyətə səbəb olub. Bəzi arı ailələri yem gətirə bilmir və acından ölürlər. Statistikada ümumi rəqəmləri deyirlər. Bu il keçən ilki bal yığımının 40 faizi qədər məhsul toplanılıb. Əslində toplanan bal bu rəqəmlərdən də azdır".

E.Bayramlının sözlərinə görə, bundan sonra məhsul olacağı gözlənilmir:

"Arıçılarımızın ağlına da gəlmirdi ki, belə pis il ola bilər. Mövsümün də artıq sonudur. Aşağı rayonlarda bal bundan sonra çətin ki, tapıla. Onsuz da, 1-2 ədəd bal verən bitki qalıb. Kəlbəcər, Laçın zonasında da indiyə kimi heç nə olmadı, bundan sonra olsa da, çox cüzi yığıla bilər. O da, ümumi məhsul yığımının yerini doldurmayacaq. Bu il üçün daha çox qıtlıq, arı ölümləri, bal çatışmazlığı gözlənilir. Bu proqnoz deyil, reallıqdır. Çünki, bütün rayonlarımızdakı arıxanalarda vəziyyət bərbaddır. Səbəb tək qeyri-sabit hava şəraiti deyil. Bir neçə faktor üst-üstə düşür, ona görə bu il arıçılar əliboş qalıb".

Ekspert bildirdi ki, arıçılıqdan başı çıxmayan insanların itkiləri daha çox olacaq:
"Qeyri-peşəkar arıçılar, maddi imkanları, arıları zəif olanlar çox ciddi zərər görəcək. Onların arılarının da çoxu tələf olacaq. Ən yaxşı halda borc-xərc tapıb arılarına şəkər verəcəklər ki, heç olmasa gələn ilin mart, aprel ayına kimi sağ qalsınlar. Bunu da bir çox arıçılar bilmir. Bəzilərinin isə maddi imkanı yoxdur. Bəzi insanlar arını təbiətə buraxır və onunla maraqlanmır. Belə olan halda arılar təbii ki, qırılacaq. Bəzi zonalarımızda isə arı sayı çoxdur. Buna görə də xüsusilə cənub zonasında itkilər daha çox olacaq".

E.Bayramlının fikrincə, ən son belə hal müstəqillik dövründən əvvəl müşahidə edilib:

"Belə hal yaxın dövrlərdə olmayıb. Bəlkə də çox-çox əvvəllər ola bilər. Amma müstəqillik dövründən bəri belə qıtlıq müşahidə edilməyib. Bu qədər pis vəziyyət birinci dəfədir ki, yaşanır. Olsa belə, kütləvi şəkildə bütün rayonları əhatə etməyib. Məsələn, bir zonada olurdu, digərində olmurdu. Amma bu il xırda nüansları çıxmaq şərti ilə ölkənin heç bir yerindən gəlir əldə edilmədi". Ekspert qeyd etdi ki, arıçılar da qiyməti qaldırmaqdan məmnun deyil, amma məcburdurlar: "Çox güman ki, balın qiyməti qalxacaq. Amma qalxmamalı idi. Çünki, Qarabağ zonasındakı ərazilərimiz azad olunub, yem bazası genişlənib. Buna görə daha çox bal götürmək imkanımız olacaqdı. Məhsulun bol olması balın bahalaşmasının qarşısını alacaqdı. Amma, bu il məhsuldarlıq az olduğuna görə balın qiymətinin 10 manat bahalaşacağı gözlənilir. Qiymətin bahalaşması bal satanlar üçün də ziyandır. Çünki onların da öz müştəriləri var. İnsanlara vəziyyəti necə izah etsinlər? Ya arı təsərrüfatları məhv olmalıdır, ya da balın qiymətini qaldırmalıdırlar ki, gələn ilin may ayına kimi həyatda qala bilsinlər".

İqtisadçı Cəfər İbrahimli isə bildirdi ki, sonrakı illərdə hava şəraiti yaxşılaşsa, vəziyyət də düzələ bilər:

"Bir ay hava yaxşı keçməyib, arı balı az yığıb deyə demək olmaz ki, mövsüm boyu belə olacaq. Düzdür, qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlıq əvvəlki illərlə müqayisədə aşağı ola bilər. Amma, həm də Aran rayonlarında daha sonrakı dönəmlər üçün vəziyyətin yaxşılaşması gözlənilir. Əgər hava şəraiti bundan sonrakı dönəm üçün arı ailələrinin sayının azalmasına, ölüm hallarına gətirib çıxarmayacaqsa, vəziyyət düzələcək. Arıçılıq elə bir sahədir ki, "Bir ay sonra daha yaxşı olacaq" demək də çətindir. Çünki, bəlli bir mövsüm var ki, nektarı toplamaq lazımdır. Onu toplaya bilmirlərsə, növbəti ilə qalır. Ona görə vəziyyətin düzəlməsi gələn ilə də qala bilər. Məhsuldarlıq aşağı olsa, qiymətin qalxmasına təsir edəcək. Amma son 5-6 il çox məhsuldar olub".

İqtisadçının fikrincə, balın qiymətinin qalxması qıtlıqla əlaqədar olmayacaq:

"Qiymətlərə daha çox təsir edən faktor inflyasiyadır. Yəni, qiymət artımı inflyasiya səviyyəsində olacaq. Amma balın aşağı-yuxarı qiyməti illərdir eynidir, çox da dəyişmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 957   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

19 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Sentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK

21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm

19 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr