Sığınacağa edilən hücumun təfərrüatı bəlli oldu: "Uşaqlardan birinin atası həbsdədir"
Ötən gün Bakıda uşaq sığınacağına edilən hücumun təfərrüatı bəlli olub. Belə ki, hücuma səbəb küçədə diləndirilən doqquz və on iki yaşlı uşaqların sığınacağa gətirilməsidir.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, ötən gün səhər saatlarında metronun "20 Yanvar" stansiyasının keçidlərindən birində diləndirilən doqquz və on iki yaşlı uşaqlar sığınacağa gətiriliblər:
"Uşaqların dediklərinə görə, əmioğlu-əmiqızıdırlar. Bu uşaqların diləndikləri yerdə görüntüləri də var. Onlar polis əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin sığınacağına təhvil veriliblər. Biz uşaqlarla iş apardıq. İlkin olaraq gigiyenik vəziyyətlərini qaydaya saldıq. Onlar gətiriləndə çox bərbad durumda idilər. Uşaqların heç biri məktəbə getmir. Onların təhsildən yayındıqları məlum olub. İki uşaqdan birinin valideyni, daha dəqiq desək, atası, dediyinə görə, həbsdədir. Hər iki uşağın valideynləri Ağstafa rayon sakinləridir. Onlar qaraçı uşaqlarıdır. Təəssüf ki, uşaqların heç birinin hüququ qorunmur.
Azərbaycan qanunvericiliyində belə bir qayda yoxdur ki, əgər uşaq qaraçıdırsa, təhsildən yayındırılmalı və diləndirilməlidir. Biz bu uşaqlarla iş apardığımız müddətdə valideynlərinə övladlarının sığınacaqda olduğuna dair məlumat verdik".
K.Ağazadənin sözlərinə görə, valideynlərə məlumat verdikdən bir qədər sonra ona zəng edərək hədə-qorxu gəliblər:
"Bildirdilər ki, səni öldürəcəyik, gör sənə nələr edəcəyik. Uşaqlardan birinin atası qazi olduğunu dedi. Bildirdi ki, gəlib həyətdə özünü yandıracaq. Sığınacağa gəlib qapıya daş, butulka atmağa başladılar. Sığınacaqda olan 30-a yaxın uşaq çox qorxdu. Onları sakitləşdirmək üçün əlimizdən gələni etdik. Ərazi üzrə polis idarəsinə məlumat verdik və dərhal əraziyə gələn əməkdaşlar həmin şəxsləri izahatlarının alınması üçün müvafiq polis idarələrinə apardılar. Bu gün uşaqlar sığınacaqdadırlar. Artıq bu iki uşağın məcburi əmək qurbanı olduqlarına dair dəlillərimiz var. Biz hər iki uşaqla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyik. Faktlarla bağlı araşdırmaya başlanılsın".
Qeyd edək ki, ötən gün sığınacağa hücum edilib. Qapı-pəncərəyə daş və su butulkaları atılaraq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin ünvanına təhdidlər səsləndirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1078 Tarix: 07 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021