"Təhsili tamamlayan iki komponentdə, fiziki və mənəvi inkişafda çox böyük boşluqlar var" - Etibar Əliyev
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Orta məktəbin funksiyası tərbiyə, fənlər üzrə baza biliklərinin mənimsənilməsi və fiziki hazırlığın yüksəldilməsidir. Bütün dünyada bu belədir, ancaq təəssüflər olsun ki , bu gün təhsili tamamlayan iki komponentdə, fiziki və mənəvi inkişafda çox böyük boşluqlar var".
Bu sözləri Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev Sonxeber.az-a açıqlamasında deyib.
O qeyd edib ki, mənəvi inkişaf birmənalı olaraq tərbiyə ilə bağlıdır. Dünyanın ən tanınmış pedaqoqları hər zaman tərbiyəni təhsillə bərabər götürüblər. Bu gün isə müəllimlər tərbiyə komponentini təhsildən sıxışdırıb atıblar:
"Bu, mərhələli, zəncirvari proses olmalıdır. Proses uşaq bağçasından başlamalıdır. Sonrakı mərhələ təhsilin ən böyük mərhələsini təşkil edən orta məktəb təhsilidir. Yəni, orta məktəbin funksiyası tərbiyə, fənlər üzrə baza biliklərinin mənimsənilməsi və fiziki hazırlığın yüksəldilməsidir. Bütün dünyada bu belədir, ancaq təəssüflər olsun ki , bu gün təhsili tamamlayan iki komponentdə, fiziki və mənəvi inkişafda çox böyük boşluqlar var. Fiziki hazırlıqda orta məktəbdə çox ciddi problemlər var. Biz kənardan müşahidə etsək görürük ki, idman zallarının vəziyyəti, fiziki tərbiyə müəllimlərinin ixtisaslaşması açıq şəkildə bu mənzərəni göstərir. Mənəvi inkişaf isə birmənalı olaraq tərbiyə ilə bağlıdır. Dünyanın ən tanınmış pedaqoqları hər zaman tərbiyəni təhsillə bərabər götürüblər, bir çox hallarda tərbiyəyə, mənəvi sağlamlığa üstünlük veriblər. Uşaq xoşagəlməz hərəkət etdikdə biz ona demirik "təhsilin olsun", biz deyirik "tərbiyən olsun". Çox böyük ürək yanğısı ilə deyirəm ki, müəllimlər tərbiyə komponentini təhsildən sıxışdırıb atıblar. Bir vaxtlar müəllim həm tərbiyəçi, həm pedaqoq rolunu oynayırdı, uşaqların davranışına cavabdehlik daşıyırdı. Daha mühüm məqamı qeyd edim ki, Bakıda və bütün rayonlarımızda olimpiya idman mərkəzləri yaradılıb. Həmin məkanlarda tez-tez monitorinq aparmaq lazımdır ki, nə qədər gənc bu şəraiti dəyərləndirir. Digər tərəfdən gənclərlə görüşlər tez-tez təskil olunmalıdır. Amma təəssüf ki, buna tez-tez rast gəlmirik və bir çox hallarda yerli icra hakimiyyətləri də bu məsələyə böyük maraq göstərmirlər. Yetkin şəxsiyyət üçün məktəblərdə, hətta ali məktəblərdə fiziki tərbiyəyə əhəmiyyət verilməlidir. Mən Bakı Dövlət Universitetinin məzunuyam və bizə şərait yaradılırdı ki, idmanla məşğul olaq . Ona görə düşünürəm ki, yetkin vətəndaş yetişməsi üçün bu üç komponent bir-birini tamamlamalıdır".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1377 Tarix: 07 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021